SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bu problem Bakının lap burnunun ucundadır...

3-05-2019, 17:08 | Oxunub: 9 177 |

Bu problem Bakının lap burnunun ucundadır...

Emtv.az xəbər verir ki,Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Məhəllə 20A ünvanında yaşayan sakinlər qaz üzünə həsrət qalıblar. 150-yə yaxın sakin illərdir ki, acınacaqlı durumdadır.

Əraziyə qaz çəkilmədiyindən sakinlər evlərini qızdırmaq üçün elektrik enerjisindən istifadə etməyə məcbur qalıblar. Belə olan halda işığa olan borcları fantastik həddə çatır. Bu səbəbdən də sakinlər taxta, odun və karton parçaları yandırmaqla evlərini qızdırırlar. Bir neçə sakinin evinə baş çəkib, acınacaqlı vəziyyətin şahidi olduq. Evlərdə yanan odun sobası otaqlarda dözülməz durum yaradıb, tüstüdən , hisdən durmaq olmur.

Sakinlər bildirdilər ki, dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, nəticəsi olmayıb. Qaz çəkilməsi üçün “Azəriqaz” İstehsalat Birliyininə dəfələrlə müraciət olub, lakin heç bir nəticəsi olmayıb.

Sakinlərin dediyinə görə, ana qaz xətti bir adımlıqlarında olsa da, qaz üzünə həsrət qalıblar. 1, 2, 3, 4-cü küçələrin sakinləri öz vəsaitləri hesabına qaz xətti çəksələr də, digər küçənin sakinlərinin maddi durumu buna imkan vermir. 5, 6, 7, 8 və 9-cu küçədə ümumiyyətlə, qaz xətti yoxdur. Sakinlərə bildirilib ki, aidiyyatı qurumla müqavilə bağlayan podraçı şirkətlər tərəfindən qazlaşma işlərinə başlanılıb.

Onların dediyinə görə, digər küçənin sakinləri adambaşına 1000 manat pul verərək, 32-lik qaz xətti çəkdiriblər. Buna baxmayaraq qazın təziyi çox aşağı olur, cəmi 10 nəfər ailə qaz xəttindən istifadə edə bilir.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalar Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, həmin sakinlər dövlət proqramını gözləməlidir: “Siz dediyiniz "Zabrat-1 və Zabrat-2" qazlaşdılırlıb. Bilirsiniz ki, əhali sayı durmadan artır, yeni yaşayış evləri tikilir. Həmin yaşayış evlərinin qazlaşdırılması üçün dövlət proqramının icrası davam etdirilir və yaxud qazlaşdırılmanın tezləşdirilməsi üçün fərdi qaydada müraciət edib, "ASAN" xidmətin "ASAN kommunal mərkəzlərində qazlaşma şərtləri barəsində ətraflı məlumat ala bilərlər.

Daha sonra dia.az onu da qeyd edib ki,vətəndaşlar ərizə formasını doldurub, razılaşma protokolu ilə tanış olub, öz vəsaitləri hesabına lisenziyası olan tikinti podratçı şirkət tərəfindən qaz xəttini çəkdirə bilərlər. Sayğac qoyulması isə "Azəriqaz" istehsalat Birliyini tərəfindən təmin olunur. Həmin sakinlər əgər ərizə ilə müraciət ediblərsə, tərəfimizdən baxılıb, lazımı cavab verilir. Həmin sakinlər ya qazlaşdırılma üçün ya dövlət proqramı gözləməlidir, ya da tezləşdirilməsi üçün daşıyıcı xəttin çəkilməsi üçün müraciət etməlidirlər”.

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR