SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ziyanda olmaq istəməyən bu 2 xüsusiyyətə diqqət etməlidir

29-12-2018, 19:25 | Oxunub: 9 998 |

Ziyanda olmaq istəməyən bu 2 xüsusiyyətə diqqət etməlidir

Quran və hədislərimiz həqiqi möminin sifətlərini bizə tanıtmışdır və hansı əməlin daha fəzilətli olduğunu vurğulamışdılar.

Mömin üçün ən zəruri sifətlərdən biri budur ki, imanı güclü olsun və bu iman sayəsində haramlardan çəkinib, vacibatları yerinə yetirsin.

Həqiqi mömin o kəsdir ki, Quranın əmr etdiyi vacibatları yerinə yetirər və haram buyurduqlarından uzaq olar.

Mömin əgər ali dərəcəyə çatmaq istəyirsə, vacibatları yerinə yetirməklə yanaşı, müstəhəb əməllərə də üz tutmalıdır. Həmçinin, xeyir əməllər yerinə yetirməlidir.

Allah Təala Quranda buyurur: "Şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir. Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbri tövsiyə edənlərdən başqa". ("Əsr" 2-3).

Yəni, həqiqi mömin imanla bərabər saleh əməl yerinə yetirməlidir. O cümlədən namazı, orucu, zəkatı, xümsü, yoxsullara yardım etməyi ilk sırada qərar verməlidir.

Bu surənin 3-cü ayəsində iki əmələ əmr olunmuşdur: haqqa dəvət etmək və səbirə dəvət etmək. Haqqa dəvət dedikdə, bir çox əməl nəzərdə tutula bilər, o cümlədən əmr-be-məruf və nəhy-əz-munkər kimi. Səbrə dəvət dedikdə də, bir çox əməl zehnə gəlir. O cümlədən, başqalarına müsibət baş verən zaman, səbirli olmasını tövsiyə etmək kimi.

Qurana nəzər salsaq, görərik ki, bəzən səbir sözü oruca da şamil olur.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, hər bir insan üçün həyatında günah zəminələri hazır olar.

Əgər insan bu günahdan özünü saxlayar və səbir edərsə, bu da həmin ayənin demək istədiyi səbir mənasını verə bilər.

Bir sözlə, mömin bu səbri ilə həqiqi möminliyin ən ali dərəcəsinə çata bilər.

Həzrət Yusif (ə) Züleyxanın günaha dəvətindən sonra səbir etdiyi üçün, Misirin əzizi vəzifəsinə qədər ucalır.

Ona görə də deyə bilərik ki, həqiqi mömin ilk növbədə vacibatları yerinə yetirib, haramlardan çəkinməlidir. Təqvasını və imanını artırıb, müstəhəb və xeyir əməllər görərək, Allaha yaxınlaşmalıdır.

Adətən Allah Quranda bəndələrinə iki cür xitab edir:

1. Ya əyyuhəl-ləzinə amənu.

2. Ya əyyuhən-nas.

Birinci xitab - möminlərə və ikinci xitab - ümumi insanlara şamil olar.

Mömin üçün həyat çətinlikləri həmişə həll olar, çünki Allaha təvəkkül edər və Ondan yardım istəyər. Yaxşı bilir ki, dünyada olan hər bir şey Allahın hakimiyyəti altındadır və Onun iradəsi olmadan, heç bir hadisə baş verə bilməz. Nəticədə Allaha təslim olar və bütün qəlbi ilə Ona bağlanar.

Halbuki, adi insanlar çətinliklərə dözə bilmirlər. Onlar üçün bu çətinliklər yaşama həvəsini aradan aparar. Ona görə də əksər hallarda intihara əl atarlar.

Ümid edirik ki, Allah bütün bəndələrini həqiqi möminlərindən qərar verər və möminlər də iman və təqvası ilə bu məqamı qoruyub saxlaya bilərlər.

"Peyğəmbərimiz Rəbbi tərəfindən ona nazil olana iman gətirdi və möminlər hamılıqla Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə (peyğəmbərlərə) iman gətirdilər (və dedilər): "Onun elçilərinin heç biri arasında fərq qoymuruq".

Həmçinin dedilər: "Eşitdik və itaət etdik; ey Rəbbimiz, Sənin bağışlamanı diləyirik; (hamının) qayıdış(ı) Sənə tərəfdir!"". ("Bəqərə" 285).

"Allah möminlərin yardımçısı və başçısıdır". ("Ali-İmran" 68).

Aysu Əliyeva,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR