SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Lukaşenko, Putin və Nazarbayev Paşinyanı necə “sındırdılar” – “Belaruslar istənilən ermənidən yaxşıdır”

15-12-2018, 14:58 | Oxunub: 13 599 |

Lukaşenko, Putin və Nazarbayev Paşinyanı necə “sındırdılar” – “Belaruslar istənilən ermənidən yaxşıdır”

“Painyana dedik ki, belə bir mühüm qərar qəbul etməzdən öncə niyə bizə zəng vurub məsləhətləşmədin? Axı problemi biz yox, sən yaratmısan”.

Emtv.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko KTMT baş katibi ətrafında yaranmış məsələyə aydınlıq gətirərkən deyib.

“KTMT baş katibi postuna pensiya yaşında olan məmurları deyil, gənc və talantlı generalları təyin etmək lazımdır. Biz bu yanaşmadan imtina etməliyik”- Lukaşenko qeyd edib.

O bildirib ki, Nikol Paşinyan KTMT-yə son baş katib seçilməsi məsələsində qalmqal salıb.

“Mən pensiya yaşında olan şəxsin KTMT-yə baş katib təyin edilməsinin əleyhinə çıxaraq, bu posta təyin olmaq üçün gənc generalın namizədliyini irəli sürdüm. Bildirdim ki, təşkilatın fəaliyyətinin səmərəliliyini, statusunu qaldırmaq üçün bu quruma gənc generallar rəhbərlik etməlidir. Təklif etdim ki, KTMT-yə baş katib postuna Belarusun təhlükəsizlik şurasının katibi, general Stanislav Zasın namizədliyini irəli sürürəm. Böyük potensiala, təcrübəyə malik qərargah işçisidir. O dövlət katibidir və onu bütün prezidentlər yaxşı tanıyır.

Təklif etdim ki, Stanislav Zas KTMT-yə üzv ölkələrə, o cümlədən Ermənistana səfər etsin və orada müzakirə aparsın. Siz onu qəbul etməyə hazırsınızsa, qulaq asın… Bəlkə siz onun namizədliyi ilə razılaşmayacaqsınız… Lakin siz onunla danışın.. Ola bilsin ki, o, digərlərinda daha yaxşıdır, hətta istənilən ermənidən. Niyə görə belaruslardan qorxursunuz? Biz ki, eyni insanlarıq.”

Belarus lideri onu da əlavə edib ki, KTMT baş katibi Yuri Xaçaturovun həbs etdirmək istəyəndə Paşinyana da zəng edib, onun həbs səbəbini soruşub: “Soruşdum ki, niyə görə Xaçaturovu siyasi motivlərə görə həbs etmək istəyirsən. Dedim ki, siyasi motivlərlə həbs olunduğundan mövqeyiniz dəstəkləmirəm”.

KTMT-də baş verən intriqanın detallarını açıqlayan Lukaşenko deyib ki, bu məsələ KTMT və Avrasiya İqtisadi Birliyinin dövlət başçılarının Sankt-Peterburq sammitində mətbuatın iştirakı olmadan müzakirə olunub.

“Sankt-Peterburq sammitində mən, Vladimir Putin, Nursultan Nazarbayev Nikol Paşinyana sual verdik ki, belə bir məsuliyyətli, vacib qərar qəbul etməzdən öncə bizlərə zəng edib, məsləhətləşmədin. Odur ki, problemi biz yox, Paşinyan özü yaradıb” – Lukaşenko belə deyib.

Sevinc Əlimova,
Emtv.az
Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR