18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Lukaşenko və Putin Ermənistan rəhbərliyini işğal olunmuş rayonları qaytarmağa çağırdı
"Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Belarusun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təkliflərini qəbul etməyib".
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya mətbuat nümayəndələri ilə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Belarus prezidenti bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putinlə birgə S.Sarkisyana Qarabağ ətrafındakı 5 rayonu azad etməyi təklif edib: "Amma o dedi ki, əgər mən rayonları qaytarsam, onlar Qarabağa gedən yolu kəsəcək və sairə. Biz Putinlə vəd etdik ki, buna imkan verməyəcəyik və qoşun yeridəcəyik. O dedi ki, biz bunu istəmirik, buna razı olmayacağıq".
A.Lukaşenko əlavə edib ki, bu mövqe onu təəccübləndirib: "Bu, birinci addımdır. Onda həm Azərbaycan, həm Ermənistan KTMT-də, Avrasiya İqtisadi İttifaqında yer alacaqdı. Azərbaycan bu şərtlərlə bu təşkilatlara qoşula bilərdi. Niyə imtina etdiniz?"
Aysu Əliyeva,
Emtv.az