SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakıda yol polisi protokol yazmağa kağız tapmadı

31-10-2018, 21:11 | Oxunub: 15 376 |

Bakıda yol polisi protokol yazmağa kağız tapmadı

Oktyabrın 21-də Nizami rayonunda Yol Polisi Xidmətinin 99-YP-276 dövlət qeydiyyat nömrəli avtomobili təhlükəsizlik kəmərini taxmayan sürücünü saxlayıb və buna görə sürücüyə protokol tərtib edilib. Avtomobilin sürücüsü protokolun kağız formasında təqdim edilməsini xahiş etdikdə, YPX əməkdaşı gözləməyi təklif edib və özü kağız arxasınca gedib. On dəqiqədən sonra geri dönən YPX əməkdaşı yenidən sürücüyə yaxınlaşıb, bildirib ki, çap aparatında problem var, ona görə də yazılı protokol təqdim edə bilməyəcək.

Emtv.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib ki, sürücünün müfəttişdən hansısa narazılığı varsa, bununla bağlı 902 qaynar-xəttinə zəng edə bilər.

"Bizə ünvanlanan bütün şikayətlər araşdırılır. Əgər sürücü hüququnun pozulduğunu düşünürsə, bununla bağlı rəsmi olaraq müraciət etsin ki, narazı olduğu bütün məqamlara da aydınlıq gətirilsin”.

Hüquqşünas Ərşad Hüseynov isə bildirib ki, yol polisi əməkdaşı istənilən halda sürücüyə kağız protokol təqdim etməlidir:

"Əgər yol polisi sürücünü saxlayır və onun hansısa qayda pozuntusunu deyirsə, bu halda sürücü qayda pozuntusunu törətdiyini etiraf edir və razılaşırsa, yerində müvafiq qərar çıxarılır. Sürücü razılaşmırsa, polis sadəcə protokol yazır və həmin protokola onu yazan yol polis əməkdaşının yuxarı vəzifəli şəxsi 10 gün müddətində yenidən baxmalıdır. Hər iki halda, qərar və ya protokol olsun, onu kağızda çap edib sürücüyə təqdim etməlidir. Bu təqdim olunmadığı halda, sürücü şikayət etmək hüququna malikdir”.

İsmayil İsmayilov
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR