SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Sürücünün başını “partladan” yol polisi ilə bağlı açıqlama

21-11-2017, 13:50 | Oxunub: 10 086 |

Sürücünün başını “partladan” yol polisi ilə bağlı açıqlama

Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov sürücünü hədələyən yol polisi ilə bağlı danışıb.

Emtv.az xəbər verir ki, mətbuata açıqlama verən Vaqif Əsədov qeyd edib ki, sosial mediada yayımlanan görüntülər və bəzi saytlar məsələni birtərəfli işıqlandırıblar: “Sözügedən görüntülər şəhərin Rəşid Behbudov və Üzeyir Hacıbeyov küçələrinin kəsişməsində baş verib. Sürücü “Yol hərəkəti haqqında” qanunu pozaraq əks istiqamətdə hərəkət zolağına çıxıb. Bizim əməkdaşlarımız isə sürücünü saxlayıb və nizamnaməyə uyğun şəkildə protokol təqdim etmək istəyiblər. Lakin sürücü YPX əməkdaşı Elçin İsmayılova sənədlərini təqdim etməyib. 7-8 dəqiqə polis əməkdaşını gözlədib və daha sonra “vəsiqəm müəllimdədir” deyib. Bu, nə deməkdir? Sürücünün vəsiqəsinin müəllimdə nə işi var? Həmin küçələrin kəsişməsində kameralar var. Hadisə anbaan kameralarda əks olunub. Mən bu görüntüləri yayımlamaq istəmirəm, kim istəyirsə, gəlsin və bizim əlimizdə olan görüntülərlə də tanış olsun”.

V.Əsədov qeyd edib ki, YPX əməkdaşı yanlışlıqla sürücüyə “Sənin başın partlayar” ifadəsini işlədib: “Bizim həmin əməkdaşımız, Elçin İsmayılov 4 dil bilir. Azərbaycan, türk, rus və ingilis dillərini mükəmməl bilir. Sürücü 8 dəqiqə sənədlərini təqdim etmədiyi üçün əməkdaşımız ona demək istəyib ki, sənədlərinizi təqdim etməməyiniz sizin başınızı ağrıdar. Amma yanlışlıqla fikrini yanlış ifadə edib və “Sənin başın partlayar” deyib. Bunu bu dərəcədə böyütmək lazım deyil. Çox təəssüf edirəm ki, jurnalistlər bunu bu şəkildə birtərəfli işıqlandırıblar. İstəsəniz, mən həmin əməkdaşımıza hadisəni əvvəldən sona qədər ingilis dilində şərh etməsini də təşkil edə bilərəm. Yəni, aydın olsun ki, bu anlaşılmazlıq, sadəcə, çox dil bildiyi üçün fikrini ifadə etməkdə çətinlik çəkdiyindən yaranıb”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR