SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Sürücü yol polisini məhkəməyə verir – Qanunsuz evakuasiya iddiası

23-08-2017, 11:18 | Oxunub: 9 367 |

“Ona qarşı yol polisi tərəfindən qanunsuz hərəkət edilib, buyursun, məhkəməyə müraciət eləsin”
Sürücü yol polisini məhkəməyə verir – Qanunsuz evakuasiya iddiası
Bakı şəhər sakini Faiq Rüstəmli avtomobilinin qanunsuz evakuasiya olunduğunu iddia edir.

Emtv.az xəbər verir ki, bu səbəbdən qafqazinfo-ya müraciət edən sürücü hadisənin iyulun 7-də axşam saatlarında Yusif Vəzir Çəmənzəminli küçəsində baş verdiyini deyib:

“Avtomobilim qanunsuz olaraq evakuasiya edilib. Bununla bağlı Bakı Şəhər Yol Polisi idarəsinə yazılı müraciət etdim. Müraciətim əsasında idarəyə dəvət olundum. Avtomobilimin dayanma-durma işarəsinin təsir dairəsində olmağı barədə heç bir sübut təqdim edə bilmədilər. 17 iyul tarixdə rəsmi qaydada cavab aldım ki, müraciətim araşdırılıb və evakuasiya qanuna uyğun olaraq aparılıb. 21 iyul tarixində isə qərar qəbul olunub. Qərarın surəti bu günə qədər mənə təqdim edilməyib, 3 dəfə BŞDYP idarəsində olmuşam, 4 dəfə 102 xidmətinə zəng vurmuşam. Xeyri yoxdur. Hesab edirəm ki, qərarı qərəzli olaraq mənə göndərmirlər ki, məhkəməyə müraciət edə bilməyim və 2 ay cərimə ödənilmədiyinə görə avtomobilimə həbs qoyulsun”.

Məsələylə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, vətəndaşa cavab verilib və həmin cavab əsasında məhkəməyə müraciət edə bilər: “Hesab edirsə ki, ona qarşı yol polisi tərəfindən qanunsuz hərəkət edilib, buyursun, məhkəməyə müraciət eləsin. Biz ona mane ola bilmərik. Sizə müraciət etdiyi formada bizə də yaxınlaşsın, görək nə istəyir. Deyir, dəfələrlə burda olub, qərar ala bilməyib. Nəyin qərarını ala bilməyib? Bəs o əlindəki məktub nə deməkdir? Deməli, ona bütün informasiya verilib”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR