SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Sürücülərin nəzərinə: 2 ay ərzində 3 dəfə cərimələnə bilərsiz

14-06-2017, 12:53 | Oxunub: 10 717 |

Sürücülərin nəzərinə: 2 ay ərzində 3 dəfə cərimələnə bilərsiz
İyunun 7-dən icbari sığortası olmayan avtomobil sahiblərinin elektron protokolla cərimə edilməsinə başlanılıb.

Emtv.az avtosfer.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, iyunun 10-dək olan məlumata əsasən, 3266 sürücü cərimələnib. Qanunvericiliyə görə, sürücü 20 gün ərzində avtomobili sığorta etdirməzsə, yenidən protokol tərtib ediləcək. Yəni sığortası olmayan avtomobilin sürücüsü iyunun 7-də cərimə edilibsə və onun barəsində tərtib edilən elektron protokoldan xəbəri yoxdursa, 20 gündən sonra yenə də MMX protokol tərtib edilə bilər.

Bəs vəziyyətdən necə çıxmaq olar? Sürücülər cərimələr barədə necə məlumat almalıdır?

Məlum olduğu kimi, hazırkı qanunvericilikdə sürücülərin ASAN ödəniş sistemində elektron kabinet yaratması tövsiyə olunur. Hər bir sürücü Asanpay.az saytına daxil olaraq müvafiq məlumatları qeyd etməklə çox sadə şəkildə elektron kabinet yarada bilər. Sürücü bura öz mobil telefon nömrəsini və E-mail ünvanını daxil edir ki, bu da onun cərimələr barədə məlumat almasını, bu cərimələri online qaydada ödəyə bilməsini, protokolla razılaşmadığı halda şikayət etmək imkanlarını genişləndirir. Yol polisinin tərtib etdiyi elektron protokollar sizin ünvanınıza çatdırılmasa belə, siz elektron kabinet və ya SMS vasitəsilə dərhal xəbər tutacaqsınız.

Yeri gəlmişkən, qanun tələb edir ki, elektron kabinetə yerləşdirilməyən protokola görə yol polisi sürücünü cəzalandıra, avtomobili saxlaya və cərimə meydançasına apara bilməz. Eyni zamanda, bir ay ərzində elektron kabinetə yerləşdirilməyən protokola görə sürücünü məsuliyyətə cəlb etmək olmaz. Hətta bir aydan sonra elektron protokolu sürücünün elektron kabinetinə yerləşdirdiyinə görə yol polisini 200 manat cərimə gözləyir.

Qeyd edək ki, nəqliyyat vasitəsini icbari sığorta etdirməyən sürücülər - fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR