SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Arzu Əliyevanın filmi Tacikistanda nümayiş etdirilib

31-10-2018, 18:02 | Oxunub: 9 186 |

Arzu Əliyevanın filmi Tacikistanda nümayiş etdirilib

Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzinin yaradıcı heyəti sayəsində ərsəyə gətirilmiş “Əbədi ezamiyyət” sənədli filmi Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə 2018-ci il oktyabrın 30-da Düşənbə şəhərindəki “Tacikfilm” kinostudiyasının geniş salonunda nümayiş etdirilib.

Emtv.az xəbər verir ki, Azərbaycanın Tacikistandakı Səfirliyindən verilən məlumata görə, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubiley tədbirləri çərçivəsində keçirilən təqdimat mərasimində yerli ictimaiyyətin tanınmış nümayəndələri, jurnalistlər, diplomatlar, Tacikistan Milli Universitetinin və Rusiya-Tacikistan Slavyan Universitetinin müəllim və tələbələri, Düşənbə şəhərində yaşayan Azərbaycanlılar iştirak ediblər.

Təqdimat mərasiminə gələn qonaqları salamlayan Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə “Əbədi ezamiyyət” sənədli filmi barədə məlumat verərək bildirilib ki, tamaşaçıların diqqətinə təqdim olunan bu sənədli film müsəlman Şərqində və türk dünyasında ilk parlament respublikası olan, milli dövlətçilik tariximizdə özünəməxsus şərəfli yer tutan Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasında misilsiz xidmətləri olmuş, bu şanlı yolda min bir məşəqqətlərə sinə gərmiş, əqidələrindən dönməmiş, 1919-cu ilin yanvarında Paris Sülh Konfransına ezam edilən Vətən oğullarının fədəkarlıqlarından, keşməkeşli talelərindən və qürbətdə bitən ömür yollarından bəhs edir.

1918-1920-ci illər ərzində istiqlalın və müstəqilliyin müqəddəsliyini xalqına aşılayan Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının xalqımızın tarixində şanlı səhifə olduğunu vurğulayan H.Məmmədzadə, AXC-nin xalqımızın tarixində buraxdığı silinməz izlər, milli dövlətçilik ənənələrimizin bərpasındakı və gənc nəsldə vətənpərvərlik ideyalarının yaranmasındakı böyük rolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Səfir həmçinin qeyd etmişdir ki, xalqımızın müstəqillik tarixinin nisbətən qaranlıq qalan səhifələrindən birinə işıq saçan, azadlıq mücahidlərinin xatirəsinə Azərbaycan dövlətinin hörmət və ehtiramını göstərən bu filmə baxan hər kəs Azərbaycanın müstəqillik tarixinin daha bir səhifəsi ilə yaxından tanış olmaq imkanı qazanacaqdır.

Sonra geniş ekranda filmin nümayişi olmuşdur. Sənədli film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Filmin nümayişi ilə bağlı yerli mətbuatda yazılar dərc edilib.

Seymur Rəhimov
Emtv.az

Arzu Əliyevanın filmi Tacikistanda nümayiş etdirilib


















Paylaş:
avropa.info

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR