SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyaya rəsmi səfəri bu ölkənin KİV-lərində geniş işıqlandırılıb

1-10-2018, 16:48 | Oxunub: 10 359 |

Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyaya rəsmi səfəri bu ölkənin KİV-lərində geniş işıqlandırılıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfəri bu ölkənin çoxsaylı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Emtv.az yerli Kİv-ə istinadən xəbər verir ki, İtaliyanın "Il Messaggero", "Askanews", "9colonne", "Agenzia Nova", "Radioradicale", "Notizie Yahoo", "Comunicazione Inform", "Agvivelino", "Prealpina", "Rete Sole" və "Rete7" kimi kütləvi informasiya vasitələri səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Senatın sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə keçirdiyi görüşlərə yer veriblər.

Yazılarda İtaliya Senatının Custiniani sarayında təşkil olunmuş "Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri" adlı konfransda Birinci vitse-prezident Mehriban Əliyevanın və Senatın sədri Maria Elisabetta Alberti Kasellatinin çıxışlarındakı fikirlərə istinad olunub, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Azərbaycanın müstəqillik illərində keçdiyi yol, əldə etdiyi nailiyyətlər və Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, Heydər Əliyev Fondunun iki ölkə arasında humanitar əlaqələrin inkişafındakı rolundan bəhs edilib.

Həmçinin İtaliya KİV-ləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Romanın Milli Müasir və Çağdaş İncəsənət Qalereyasında təşkil olunmuş rəsmi ziyafət barədə məlumat verib. Ziyafətdə Birinci vitse-prezident Mehriban Əliyevanın və İtaliya hökuməti adından çıxış etmiş iqtisadiyyat və maliyyə naziri Covanni Trianın fikirlərinə yer verilib. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinə dair sərgi və sənədli filmin nümayiş olunması da qeyd edilib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR