SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“Qarabağ faciəsi” filmi Niderlandın dövlət televiziyasında

14-12-2015, 13:17 | Oxunub: 11 451 |

“Qarabağ faciəsi” filmi Niderlandın dövlət televiziyasında
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) dəstəyi ilə Niderland Krallığının dövlət televiziyası Ned2-də “Qarabağ faciəsi” adlı sənədli film nümayiş etdirilib. Filmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, Ermənistandan və Dağalıq Qarabağdan qovulmuş bir milyon azərbaycanlının vəziyyəti hollandların, eləcə də bu ölkədə yaşayan xaricilərin diqqətinə çatdırılıb.

"EMTV.az" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən filmin nümayişindən sonra Niderlandda və Avropada yaşayan ermənilər, ermənipərəst qüvvələr tərəfindən yerli qəzetlərdə və internet portallarında etiraz bəyanatları yayılıb. Onlar filmdə ermənilərə vaxt ayrılmaması, münaqişəyə birtərəfli yanaşılması kimi əsassız ittihamlarla dolu yazı və statuslarla çıxış ediblər, filmin çəkiliş qrupu haqqında sərt mesajlar yaymaqdan belə çəkinməyiblər.

Qeyd edək ki, artıq üçüncü dəfədir BAK-ın dəstəyi ilə Niderlandın Ned2 və Ned3 telekanallarında Xocalı soyqırımı, həmçinin Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən film nümayiş etdirilir. Bir müddət əvvəl BAK-ın dəstəyi, türkoloq Aleksandr de Qrootun iştirakı ilə hazırlanmış, Xocalı soyqırımından bəhs edən sənədli film də ermənilərin iç üzünü açıb göstərib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR