SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Qısqanclıq Natəvanın həyatına son qoydu - Qatil isə...

19-10-2018, 13:39 | Oxunub: 170 |

Qısqanclıq Natəvanın həyatına son qoydu - Qatil isə...

Bakıda arvadını öldürməkdə təqsirləndirilən Zamin Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Emtv.az yerli Kİv-ə istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Zamin Rəsulovun 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il martın 29-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Zamin Rəsulov ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Natəvanı bıçaqla qətlə yetirib.

Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Zamin Rəsulov tutulub.

İstintaq orqanı tərəfindən Zamin Rəsulovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR