18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda əri tərəfindən öldürülən qadının məktubu üzə çıxdı
Z. Rəsulov arvadını insanları aldatdığına görə öldürdüyünü iddia edib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Zamin Rəsulovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda prokuror Vüqar Quliyev ittiham aktını elan edib.
İttihama münasibət bildirən Z.Rəsulov özünü təqsirli bildiyini deyib. Onun sözlərinə görə, arvadını öldürməsinə səbəb insanları aldatması olub:
“Bəzi insanlardan, banklardan borca pul almışdı. Gündə bir qadın qapımızı döyüb, pul istəyirdi. Mən də bunun səbəbini arvadımdan soruşdum. Dedim ki, insanlardan 90 min manata yaxın pul almısan, bu pulu nəyə xərcləmisən? O isə mənə düzünü demirdi. Borc verənlər bizi narahat edirdi, mən də əsəbləşib onu qətlə yetirdim”.
O, arvadını necə öldürməsini izah edə bilməyib:
“Çox əsəbi idim, heç nəyi xatırlamıram. Ancaq onu bilirəm ki, qızım, mən və Natəvan evdə idik. Sonra bu hadisə oldu. Qəfildən qaranlıq çökdü, gözlərim qaraldı. Başıma-başıma vurdum, sonra ayıldım ki, əlimdə bıçaq var, üstüm qandır. Həmin vaxt əlimdən qan açıldı”.
Məhkəmədə məlum olub ki, N.Rəsulova qətlə yetirilməzdən əvvəl məktub yazıb. O, məktubda başına gələn hadisəyə görə əri Zamin Rəsulovun məsuliyyət daşıyacağını qeyd edib. Buna səbəb kimi aralarında yaranan münaqişə göstərilib. Məktubu istintaq orqanına N.Rəsulovanın qızı Nüşabə Rəsulova təqdim edib.
Qeyd edək ki, bu il martın 29-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Zamin Rəsulov ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Natəvanı bıçaqla qətlə yetirib.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Z.Rəsulov tutulub.
İsmayil İsmayilov
Emtv.az