SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Babək rayonunda ixrac imkanlarına malik olan plastik tara istehsalı sahəsi fəaliyyətə başlayıb

10-10-2018, 12:40 | Oxunub: 10 129 |

Babək rayonunda ixrac imkanlarına malik olan plastik tara istehsalı sahəsi fəaliyyətə başlayıb

Babək rayonunun Nehrəm kəndindəki “Xalaoğlu” kəndli-fermer təsərrüfatında yeni plastik tara istehsalı sahəsi fəaliyyətə başlayıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov və Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov çıxış edərək, dövlətimizin sahibkarlara göstərdiyi diqqət və qayğıdan danışıblar. Qeyd edilib ki, muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas istiqaməti əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, sakinlərin rifah halının yaxşılaşdırılması, yeni istehsal müəssisələri yaratmaqla məşğulluq probleminin həlli, əhalinin tələbatının maksimum səviyyədə daha keyfiyyətli yerli istehsal məhsulları hesabına ödənilməsindən ibarətdir.

Yeni yaradılan istehsal müəssisəsi ilə tanışlıq zamanı sahibkar Rafiq Əliyev məlumat verib ki, müəssisə muxtar respublikada plastik taralara olan tələbatı ödəməklə yanaşı, həm də ixrac imkanlarına malikdir.

Bildirilib ki, burada bütün növ plastik taraların istehsalı üçün lazımi avadanlıqlar quraşdırılıb. Müəssisənin gündəlik istehsal gücü saatda 5 min taradır. Dövlət maliyyə dəstəyi ilə yaradılan müəssisə əlavə olaraq respublikamızın digər bölgələrindən də sifarişlər qəbul edir. Fəaliyyətə az bir müddətdə başlamasına baxmayaraq artıq Gəncə, Quba və Sumqayıt şəhərlərindən taraların sifarişləri qəbul olunub. Müəssisə bütün növ plastik taraların istehsalı imkanına malikdir.

Qeyd olunub ki, Nehrəm kəndində plastik tara istehsalı müəssisəsinin yaradılması dövlətin sahibkarlığın inkişafına verdiyi dəstəyin bariz nümunəsi olmaqla, rayonda təsərrüfat imkanlarını daha da genişləndirəcək.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR