18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bu il Naxçıvanda Sahibkarlığın İnkişafına güzəştli şərtlərlə 5 milyon 773 min manat maliyyə dəstəyi göstərilib
İlin əvvəlindən bəri Naxçıvanda Sahibkarlığın İnkişafı Fondu tərəfindən 25 layihəyə güzəştli şərtlərlə 5 milyon 773 min manat maliyyə dəstəyi göstərilib
Azad sahibkarlıq fəaliyyətinin geniş vüsət aldığı muxtar respublikada yerli ehtiyatlar hesabına müxtəlif növdə sənaye məhsulları istehsalının təşkili, aqrar sektorda emal sənayesinin genişləndirilməsi, sosial xidmət sahələrində kiçik və orta sahibkarlığın daha da gücləndirilməsi bu ilin ötən dövrü ərzində də prioritet sahələr kimi öz əhəmiyyətini qoruyub.
Həyata keçirilmiş belə layihələr arasında sənaye və kənd təsərrüfatı sahələri olmaqla, ümumilikdə, 30 layihənin əsası qoyulub. Yaradılan bu müəssisələr hesabına 279 yeni iş yeri açılıb.
Emtv.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən bildirilib ki, ilin əvvəlindən bəri qarışıq yem istehsalı, qaynaq çubuğu, kimyəvi tərkibli tikinti materialları istehsalı, plastik tara, tullantı yağların yenidən emalı və bərk sürtkü yağlarının, plastik səbət, xalça, yun və boyaq bitkilərinin tədarükü, Şahbuz rayonunun Badamlı qəsəbəsində “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni mineral su istehsalı sahəsi, heyvandarlıq, balıqçılıq, quşçuluq təsərrüfatları, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, soyuducu anbar və müxtəlif xidmətlər üzrə 20 sahənin yaradılması davam etdirilib.
Həyata keçirilən layihələrin reallaşdırılması məqsədilə cari ilin ötən dövründə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 25 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 5 milyon 773 min 400 manat maliyyə dəstəyi göstərilib.
Qeyd edək ki, bu il də müxtəlif sahələr üzrə yeni istehsal müəssisələrinin yaradılması daxili bazarda yerli istehsalın çəkisini xeyli artırıb.
Bunun nəticəsidir ki, hazırda muxtar respublikada fəaliyyəti bərpa edilən və ya yenidən qurulan istehsal müəssisələrində 126 növdə 570 çeşiddə ərzaq, 256 növdə 884 çeşiddə qeyri-ərzaq olmaqla, 382 növdə 1454 çeşiddə məhsul istehsal edilir.
108 növdə ərzaq, 242 növdə qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi idxaldan asılılığın ciddi şəkildə azaldılmasına, əhalinin tələbatının keyfiyyətli məhsullarla ödənilməsinə şərait yaradıb.
Seymur Rəhimov
Emtv.az