SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Paşinyan bunu İLK DƏFƏ EDİR: saatlar sonra Qarabağda müharibə qərarı... - Gözlər Nyu-Yorkda

24-09-2018, 12:35 | Oxunub: 6 828 |

Paşinyan bunu İLK DƏFƏ EDİR: saatlar sonra Qarabağda müharibə qərarı... - Gözlər Nyu-Yorkda

Bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyası çərçivəsində görüşəcəklər. Elmar Məmmədyarov və Zöhrab Mnasakanyanın görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcək.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu görüş Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk ciddi təmas hesab oluna bilər. Buna qədər iki ölkənin XİN rəhbərləri beynəlxalq tədbirlərdə ayaqüstü salamlaşmışdı. Qarabağ münaqişəsi Paşinyan hakimiyyəti dövründə ilk dəfə müzakirə masasına qaldırılacaq. Bu baxımdan, XİN rəhbərlərinin görüşü proseslərin hansı ssenari üzrə davam edəcəyini müəyyənləşdirəcək.

Azərbaycan münaqişənin yeganə həll variantının ərazilərin qaytarılmasından keçdiyini işğalçı ölkənin baş diplomatının diqqətinə çatdıracaq. Prezident İlham Əliyevin Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən iclasda çıxışı zamanı səsləndirdiyi “Qarabağ münaqişəsinin yeganə həll yolu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir” açıqlaması da Bakının mövqeyində sərt dayandığını və bugünkü görüşdə məhz bu prinsipin vurğulanacağını göstərir.

İşğalçı Ermənistanın mövqeyi də aşağı-yuxarı bəllidir. Xüsusilə Nikol Paşinyanın hakimiyyətə gələndən sonra “Qarabağ danışıqlarda tərəf olmalıdır” kimi absurd təklifləri İrəvanın niyyətini açıq edir. Bu, həm də danışıqlar prosesini ağırlaşdıran məqamdır.

Mümkündür ki, saatlar sonra baş tutacaq görüş ciddi nəticə verməyəcək və bu, ərazilərin azad olunması üçün hərbi yoldan başqa variantın qalmadığını təsdiqləyəcək. Azərbaycan Ordusunun bir neçə gün öncə keçirdiyi genişmiqyaslı təlimlər, cəbhədə hazır vəziyyətə gətirilməsi və s. hərbi addımlar da Bakının beynəlxalq hüquqa əsasən öz ərazilərində anti-terror əməliyyatına başlaya biləcəyi ehtimalını artırır. Məhz Nyu-Yorkdakı görüş prosesin dönüş nöqtəsi ola bilər.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR