SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Dedi əcəb eləmişəm, mən də cib bıçağımı götürüb..." - Bakıda namusa görə arvadını öldürən Rafael

18-09-2018, 14:08 | Oxunub: 8 281 |

"Dedi əcəb eləmişəm, mən də cib bıçağımı götürüb..." - Bakıda namusa görə arvadını öldürən Rafael

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəfail Feyziyevin cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

R.Feyziyev sərbəst ifadə verərək, deyib ki, həyat yoldaşını namus üstündə öldürüb: "Arvadımın qardaşına, valideyninə məlumat verdim ki, sizin övladınız pis yoldadır. Ancaq bir tədbir görülmədi. Onun şəkilləri sosial şəbəkələrdə var idi. Yoldaşım sonradan deyirdi ki, kimsə onu narahat edir, ünsiyyət qurmağa vadar edir. Mən bunu araşdırdım, bu barədə polisə məlumat verdim. Ancaq yenə də bir tədbir görülmədi. Şəkilləri sosial şəbəkədən götürüb, yoldaşıma göstərdim. O da qayıtdı ki, əcəb etmişəm, yaxşı eləmişəm. Bundan sonra cib bıçağını götürüb, onu qətlə yetirdim".

R.Feyziyev deyib ki, hadisəni törətdikdən sonra könüllü olaraq polisə təslim olub. Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlər də ifadə verib.

Qeyd edək ki, Sumqayıtın 9-cu mikrorayonda qohumlarının evində müvəqqəti yaşayan Beyləqan rayon sakinləri – 1972-ci il təvəllüdlü Rəfail Feyziyev qısqanclıq zəminində həyat yoldaşı, 1981-ci il təvəllüdlü R. Feyziyevanı bıçaqlayaraq öldürüb. R.Feyziyev saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.oxu.az

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR