18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda qısqanc ər arvadını boğdu, sonra asdı
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qısqanclıq üstündə asan şəxsin məhkəməsi başlayıb.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinən Qəhrəmanlı Elvin Arzu oğlunun məhkəmə prosesinə hakim İradə Həsənzadə sədrlik edəcək.
Dəhşətli cinayət bu il yanvar ayının 20-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massivdə baş verib.
Həmin mənzildə kirayədə yaşayan Cəlilabad rayon sakini Qəhrəmanlı Elvin Arzu oğlu polisə zəng edərək bildirib ki, evə gələrkən həyat yoldaşı Günel Camalsəf qızı Qəhrəmanlının özünü asdığını görüb.
Dərhal hadisə yerinə Qaradağ rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin araşdırmalara başlayıblar.
Qadının boğazında olan əl-barmaq izləri məhkəmə-tibbi ekspertini şübhələndirib və E.Qəhrəmanlı dindirilib. Məlum olub ki, Elvin həyat yoldaşını qısqanclıq zəminində boğaraq öldürüb. E.Qəhrəmanlı şübhəli şəxs qismində saxlanılıb və rayon prokurorluğuna təhvil verilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İsmayil İsmayilov
Emtv.az