SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ərdoğan ABŞ-ın elektronika məhsullarına boykot tətbiq etdiklərini açıqladı – “Özümüz istehsal edəcəyik”

14-08-2018, 13:15 | Oxunub: 7 324 |

Ərdoğan ABŞ-ın elektronika məhsullarına boykot tətbiq etdiklərini açıqladı – “Özümüz istehsal edəcəyik”

“Türkiyəyə qarşı açıq bir iqtisadi hücum var. Əvvəllər bu işlər daha üstü örtülü, dolayı yollarla edilirdi. İndi açıq şəkildə üstümüzə gəlirlər. Edə biləcəyimiz iki şey var. Bunlardan biri iqtisadi, digəri siyasi davranışdır.”

Emtv.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Türkiyəyə qarşı başlatdığı iqtisadi savaşa münasibət bildirərkən deyib. Ərdoğan ABŞ istehsalı olan bəzi malları boykot edəcəklərini də bildirib.

“İqtisadiyyatın tələb etdiyi tədbirləri görmüşük, görürük. Xəzinə və maliyyə nazirliyimiz, bütün müvafiq qurumlarımız gecə gündüz çalışırlar. Biz də bütün prosesi yaxından təqib edirik. Mənə görə əsl əhəmiyyətli olan məqam siyasi mövqeyimizi möhkəm saxlamaqdır. Bir halda ki, məruz qaldığımız təcavüzün iqtisadi əsasları yoxdur, işin arxasında başqa niyyətlər var.

Bunları deyərkən, iqtisadiyyat sahəsində bəzi problemlərimiz olduğu həqiqətini gizlətmirik. Lakin, bu hücumların siyasi niyyətini də dərk edirik.

Dollar lirə qarşısında 4,8 səviyyəsindən necə olur birdənbirə 7-yə qalxır? 15 iyul çevriliş cəhdindən saatlar öncə 2,8 səviyyəsində olan dollar iki ildə 4,8 səviyyəsinə qalxmasını necə izah edək? Ortada bir anormallıq var. Türkiyənin 1994 və 2001-ci il böhranında olduğu kimi bankları iflas etməyib. Bu gün ölkəmiz dünyadakı ən sağlam bank sistemlərindən birinə malikdir. Borclarımızı ahəngdar ödədiyimiz kimi, dövlət borc bazanın ödəməsi məsələsində Avropanın ən yaxşısıyıq. Həmd olsun, iqtisadiyyatımız ahəngdar işləyir.

İxracda, turizmdə rekordlar qıran dövr yaşayırıq. Biz müharibə elan etdikmi? İşğalamı məruz qaldıq? Siyasi xaosmu yaşayırıq? Xeyr. Tam əksinə, öz torpaqlarımızda da, bölgədə də əmin-amanlığın, etimadın təminatı olan bir ölkəyik.

Elə isə bu problemə başqa nöqteyi-nəzərdən baxmaq məcburiyyətindəyik. Bizim gördüyümüz budur. İşin iqtisadiyyat tərəfinin qlobal ölçüsü olduğu açıq şəkildə ortadadır. Amerika təkcə ölkəmizi deyil, Çindən Rusiyaya İrandan Avropaya qədər bir çox bölgəni iqtisadi baxımdan hədəf almış durumdadır. ABŞ Türkiyəni, öz strateji müttəfiqini hədəf alıb. Lakin, bizim də əlimizdə imkanlar var.

Amerikanın elektronika məhsullarına boykot tətbiq edəcəyik. Onların iPhonesi varsa, o biri tərəfdə Samsung var.

Öz ölkəmizə Venus Vestel var. Biz bunları tətbiq edəcəyik ki, nə edəcəyimizi anlasınlar.

Bizim özümüzün iqtisadiyyatımız var. Olmayanı da istehsal edəcəyik. Xaricə pul verib gətirdiyimizin daha gözəlini istehsal edəcəyik. Bu millət bunları etməyə qadirdir. Biz İHA-ları ABŞ-dan istədiyimiz zaman nə deyirdilər? “Konqres icazə vermir” deyirdilər.

İndi bunları biz istehsal edirikmi? İstehsal edirik. Çətinliyimiz yoxdur. Həm də istədiyimiz qədər istehsal edirik. İndi də ixraca başlayırıq”– Ərdoğan belə deyib.


Sevinc Əlimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR