18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Bu həddini aşan bəyanatdır” – Ərdoğan Makronun təklifini rədd etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü çıxışında regionda baş verən hadisələrə münasibət bildirib.
Emtv.az xəbər verir ki, Ərdoğan Fransa prezidenti Makronun YPG/PKK terror təşkilatının daxil olduğu SDQ ilə Türkiyə arasında vasitəçilik etmək təklifini rədd edərək, bunu həddini aşan bəyanata adlandırıb.
“Son dövrlər Fransanın səhv saydığımız mövqeyindən dolayı təəssüf hissi keçiririk. Keçən həftə Makron ilə şəxsən görüşdük. Baxdım, qəribə-qəribə şeylər deyir. Dozası bir az artıq oldu, amma demək məcburiyyətində qaldıq. Keçmişdən bəri ölkələrində sərbəst şəkildə fəaliyyət göstərən terror təşkilatı üzvlərini dünən bir daha qonaq kimi qəbul edənlər bunun düşmənçilikdən başqa mənaya gəlmədiyini bilməlidir.
Ey Qərb, SDQ dediyiniz bu təşkilat terror təşkilatının eynisidir. Bunlarla sizi bizi aldatmağa çalışırsınız. Bunları bizə uddura bilməzsiniz. 24 saatda bir adlarını dəyişdirsələr, biz bunları bilirik. “YPG-yə dəstək təminatı verdik…” İfadəyə bax. Türkiyə ilə SDQ arasında vasitəçi ola bilərik ifadəsi həddini aşan bəyanatdır. Türkiyənin vasitəçiyə ehtiyacı yoxdur. Türkiyənin nə vaxtdan bəri terror təşkilatları ilə bir masada oturmaq kimi problemi var? Haradan çıxardınız bunu? Türkiyə terror ilə mübarizəni Afrində olduğu kimi aparar”.
Emtv.az