SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda “III Beynəlxalq Gənclik Araşdırmaları Konqresi”i çərçivəsində müzakirə və dinləmələrə yekun vurulub

30-06-2018, 15:05 | Oxunub: 7 186 |

Naxçıvanda “III Beynəlxalq Gənclik Araşdırmaları Konqresi”i çərçivəsində müzakirə və dinləmələrə yekun vurulub
Emtv.az naxçıvantv.az-a istinadən xəbər verir ki, “Duzdağ” otelin ev sahibliyi etdiyi konqres üzrə müzakirələr 3 fərqli zalda, slaydların nümayişi ilə keçirilib. “Həzrəti Nuh” zalında təhsildən danışılıb. Türkiyənin və Amerikanın müxtəlif universitetlərində təhsil alan tələbələr bu dəfəki müzakirələrdə də fəallıq göstəriblər. Onlar hazırladıqları müxtəlif araşdırma mövzuları ilə çıxış ediblər. O cümlədən, ayrı-ayrı fənlər üzrə də dəyərləndirmələr aparılıb. Gənclərin xüsusilə universitet zamanı münasibətləri də digər müzakirə mövzusu olub. Səsləndirilən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Digər müzakirə isə Duzdağ auditoriyasında davam edib. Sağlam həyat tərzi və gigiyena, yoluxucu xəstəliklər və onların yayılma yolları, erkən nigahların fəsadları, ailə qurarkən tibbi müayinədən keçmə, narkomaniyanın törətdiyi faciələr və digər mövzular haqqında geniş danışılıb. Gənclərin zərərli vərdişlərdən uzaq tutulması, onların sağlamlığı ilə bağlı geniş müzakirə aparılıb.

Əshabi-Kəhf auditoriyasında turizm mövzusu ətrafında davam edən müzakirələrdə vurğulanıb ki, həm muxtar respublikada, həm də Türkiyədə təhsil alan tələbələrin xüsusən gənclərin hər iki ölkənin turizm potensialı ilə yaxından tanış olması istiqamətində görülən işlər daha geniş miqyas almalıdır. Belə ki, gənclərin Türkiyə və Naxçıvandakı tarixi və turizm bölgələrinə ekskursiyası təşkil olunmalı, ali təhsil ocaqlarında tələbə mübadiləsi daha da genişləndirilməlidir. Bu o cümlədən turizm sahəsində qarşılıqılı əməkdaşlığa da zəmin yaradacaq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR