SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Cavid Qurbanov ikinci dəfə yola salınır... - Qalmaqallı məmur bu dəfə niyə qəzəb doğurub?

29-05-2018, 15:11 | Oxunub: 9 406 |

Cavid Qurbanov ikinci dəfə yola salınır... - Qalmaqallı məmur bu dəfə niyə qəzəb doğurub?
Parlamentin 22 may iclasında etdiyi səs-küylü çıxışı ilə diqqətə gələn və dogər məmurlara Vergilər Naziri Mikayıl Cabbarovu nümunə göstərən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov deyəsən, özü-özünü cəncələ salıb. Əslində hələ mərhum prezident Heydər Əliyevin vaxtında etdiyi xəyanəti ilə o zamankı iqtidar komandasından çıxdaş edilən Cavid Qurbanov sonrada sözügedən düşrəgəyə qayıda bilsə də, bir-birinin ardından yol verdiyi xəyanətləri ilə hər zaman diqqət çəkib.

Doğrudur, ona zamanında keçmiş nəqliyyat naziri Ziya Məmmədov sahiblənmişdi və Qurbanovun hakim düşərgədə reablitasiya olunmasına kifayət qədər çaba sərf etmişdi. Lakin fələyin çərxi necə fırlandısa, Cavid Qurbanov növbəti dəfəsində Ziya Məmmədova qarşı çıxdı. O zaman hələ Ziya Məmmədov nazir idi. Və ayrıca xəttlə yerini möhkəmlədən Cavid Qurbanov hətta Ziya Məmmədov üçün bir növ müqəddəs hesab olunan bir posta - "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyinat da ala bildi. Ona görə Ziya Məmmədov üçün bu vəzifənin xüsusi önəmi var idi, çünki sabiq NN şefi nazir postuna məhz həmin vəzifədən gəlmişdi.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, bir-birinin ardından ətrafındakı adamları hədəfə çevirən və zamanında onu himayə edənləri nişangaha gətirən Cavid Qurbanov bu gün artıq özü hədəfdədir.

Mənbənin mətbuata söylədikləri: "Cavid Qurbanov AXC-Müsavat hakimiyyətinin şinelindən çıxan bir kadrdır. Onun köhnə vərdişləri hələ də qalıb. İntriqabazlıq, qrup marağı və digər bu kimi vərdişləri Cavid Qurbanovu hakim düşərgədə etibarsız fiqura çevirib. Buna görə də, artıq Cavid Qurbanovun yerinə kadr axtarışı ab-havası kimsəni narahat etmir".

Mənbə iddia edir ki, yaxın vaxtlarda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri postuna yeni təyinat ola bilər: "Bu, baş verərsə, kimsə təəccüblənməsin. Çünki istənilən bir proses zaman-zaman yetişir. Bir günün məhsulu deyil".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR