SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Novruz Məmmədovun müavinləri hansı sahəni kurasiya edəcək?

26-04-2018, 10:48 | Oxunub: 11 866 |

Novruz Məmmədovun müavinləri hansı sahəni kurasiya edəcək?
Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib.

Hazırda hökumətə rəhbərlik edəın Baş nazir Novruz Məmmədovun üç mavini var: Baş nazirin birinci müavini Yaqub Eyyubov; baş nazirin müavinləri Əli Əhmədov, Əli Həsənov, Hacıbala Abutalıbov.

Yeri gəlmişkən, hökumətin əvvəlki tərkibində Baş nazirin 6 müavini vardı: birinci müavin Yaqub Eyyubov, müavinlər Əli Əhmədov, Əli Həsənov, İsmət Abasov, Abid Şərifov, Elçin Əfəndiyev.

İndi isə yenilənmiş tərkibdə 4 müabin qalıb. Bəzi məlumatlara görə, baş nazirib müavinləri postu ixtisar olunub, digər xəbərlərə görə isə əksinə, iki yeni təyinat da gerçəkləşə bilər.

Maraqlıdır, baş nazirin müavinləri arasında hansı sahələrə nəzarət necə bölüşdürülüb? Məsələn, Bakının keçmiş meri Hacıbala Abutalıbovun bundan sonra Baş nazirin müavini kimi hansı sahəyə rəhbərlik edəcəyi dəqiq bilinmir.


Bəs baş nazirin müavinlərinin vəzifə bölgüsü daxili nizamnamədə necə aparılır?

Emtv.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli mətbuata açıqlamasında bu məsələdən danışıb. Tahir Kərimlinin sözlərinə görə, Nazirlər Kabinetində bununla bağlı rəsmi bölgü yoxdur.

"Bu, daxili qərarla qəbul olunur”

"Rəsmi şəkildə prezident Nazirlər Kabinetinin tərkibini dəyişən zaman müvafiq qanunvericiliyə əsasən, təsnifat bu cür olur: baş nazirin birinci müavini və baş nazirin müavinləri. Onların adları hansısa sahəyə nəzarət etmələri üzrə göstərilmir. Çünki Nazirlər Kabinetində rəsmi bölgü olmadığından bu, daxili qərarla qəbul olunur. Bildiyimə görə, baş nazirin birinci müavini lazım gəldikdə baş naziri əvəz edir, diplomatik münasibətlərə baxır, xarici qonaqları prosedura uyğun olaraq qəbul edir”.


Bəs Hacıbala Abutalıbov?

Milli Məclisin üzvü Bakının sabiq meri haqqında da danışıb:

"Baş nazirin sabiq müavini Abid Şərifov o zamanlar fövqəladə hallar məsələlərinə, tikinti işlərinə nəzarət edirdi. İsmət Abasov kənd təsərrüfatını kurasiya edirdi. Kənd Təsərrüfatı Nazirliyindən gəlmişdi.
Əli Əhmədov ən çox sosial sferanı kurasiya edir. Nazirlər Kabinetində bölgü bu formada olur.

Bakı Şəhərinin sabiq meri Hacıbala Abutalıbova gəlincə, o, güman ki, Abid Şərifovun missiyasını həyata keçiriəcək, fövqəladə hallara, tikinti işlərinə baxacaq”.


Onda Elçin Əfəndiyevlə İsmət Abasovun kurasiyasındakı sahələr necə olacaq? Tahir Kərimlinin fikrincə, həmin sahələr Əli Əhmədovla Əli Həsənov arasında bölüşdürülə bilər.

"Baş nazirin müavinləri ixtisar edilə bilər”

Tahir Kərimli baş nazirin müavinlərinin ixtisara düşdüyünü də söyləyib:

"Məndə belə bir məlumat da var. Ola bilsin ki, baş nazirin 6 deyil, elə 4 müavini qalsın. Düşünürəm ki, bu, ixtisardır. Çünki bu məsələni biz də bir neçə dəfə qaldırmışıq. Hər halda, prosesləri izləməliyik”.

Novruz Məmmədovun müavinləri hansı sahəni kurasiya edəcək?


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR