SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Dəbdəbəli toylara qadağa qoyan qanun açıqlandı – Pezident məmurları hədələmişdi

15-03-2018, 16:37 | Oxunub: 5 883 |

Dəbdəbəli toylara qadağa qoyan qanun açıqlandı – Pezident məmurları hədələmişdi

Özbəkistanda toyları, digər təntənəli ailə mərasimlərini, o cümlədən dəfn və ölənlərin xatirəsinin anılması ilə bağlı digər ritualları nizamlayan sərt qanun layihəsi açıqlanıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, sənəd Özbəkistanın normativ-hüquqi aktlar portalı Reg.gov.uz-da yerləşdirilib və martın 30-na qədər ictimai müzakirələrə açıq olacaq.

Bu qanun layihəsi prezident Şövkət Mirziyoyevin təxminən iki həftə əvvəl məmurları dəbdəbəli toylarda iştrak etdiklərinə görə hədələməsindən sonra hazırlanıb. Mirziyoyev bildirmişdi ki, məmurların bu toylarda xərclədikləri pulların mənbəyi araşdırılsa onların oğurluq olduğu üzə çıxacaq. Prezident məmurları hədələyərək belə məclislərə qatılmamağı tapşırmışdı və bildirmişdi ki, tezliklə ölkədə toy mərasimlərini nizamlayan yeni qanun qəbul ediləcək.

İndi açıqlanan layihəyə əsasən Nazirlər Kabineti 15 gün ərzində şəhərlərdə və rayonlarda müxtəlif mərasimləri, o cümlədən toyları tənzimləmək üçün xüsusi koordinasiya komitələri təsis edəcək. Habelə bu komitələrin fəaliyyətinə dair normativ-hüquqi aktları işləyib hazırlaycaq. Koordinasiya komitələrinə hakimiyyət orqanlarının, ictimai təşkilatların, o cümlədən Özbəkistan Müsəlmanlar Şurasının nümayəndələri daxil olacaqlar.

Sənədə əsasən ailə mərasimləri yığcam, ciddi və sadə olacaq. Nigah mərasimlərinə ən uzağı 150 adam çağırıla biləcək. Habelə mərasim zalları belə mərasimlərin mümkün qədər ucuz başa gəlməsi üçün mexanizmlər işləyib hazırlamalıdır. Toylarda ancaq bir musiqi qrupunun iştirakına icazə verilir. Qanun layihəsində göstərilir ki, övladlarına toy etmək və yas mərasimlərini yola vermək imkanında olmayan aztəminatlı ailələr üçün vahid həmkarlar-xeyriyyə ittifaqı yaradılacaq.

Bundan əvvəl Tacikistan toy və yas mərasimlərini sərt qaydalarla nizamlayan qanun tətbiq edib. Azərbaycanda da bir müddət bu məsələ müzakirə olunub, hətta parlamentin gündəliyinə çıxarılıb. Lakin dəbdəbəli toyların geniş yayıldığı ölkədə bu ənənəni məhdudlaşdırmaq işində irəli gedilməyib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR