SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

PREZİDENTDƏN SAHİBKARLARA DƏSTƏK

17-12-2015, 15:28 | Oxunub: 10 839 |

PREZİDENTDƏN SAHİBKARLARA DƏSTƏK
Prezident İlham Əliyev Milli Məclisə "Lisenziyalar və icazələr haqqında” yeni qanun layihəsi təqdim edib.
"EMTV.az" xəbər verir ki, Mətbuatın verdiyi məlumata görə, parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu qanun layihəsi sahibkarlıq sahəsinin yaxşılaşdırılmasına yönələn və iqtisadiyyatın yüksəlməsinə kömək edəcək.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, "Lisenziyalar və icazələr haqqında” qanun layihəsi sahibkarın icazə sisteminin tənzimlənməsinin iqtisadi və hüquqi əsaslarını müəyyən edir: "Bu qanunda lisenziyaların verilməsi prosesinin sadələşdirilməsi və təkmilləşməsi öz əksini tapır. Lisenziyalar elektron veriləcək. Burada "bir pəncərə” sisteminin təmin edilməsi də nəzərdə tutulub. Layihə Milli Məclisə təqdim edilməzdən əvvəl beynəlxalq təcrübə nəzərə alınıb.

Əvvəllər sahibkarlar lisenziya almaq üçün bir neçə mənbəyə müraciət edirdi, amma bu layihə qəbul ediləndən sora bir mənbəyə müraciət edəcək. Bu qanun qəbul olunarsa, bir neçə hüquqi normativ sənədlərdə də dəyişikliklər olacaq. Əvvəllər lisenziyalar 15 günə verilirdisə, indi 10 iş günü müddətinə veriləcək. Bu lisenziyalar sahibkarlara müsbət təsir edəcək. Çünki sahibkar lisenziya üçün müraciət edəndə onlara müsbət cavab veriləcək. Cənab prezidentin fərmanı ilə bu lisenziyaların verilməsi noyabrın 2-dən "Asan xidmət”ə tapşırılıb. Artıq 200-dən çox sahibkara lisenziya ilə bağlı cavab verilib”.

Nazir müavini deyib ki, xüsusi razılığın və icazənin verilməsi müddətsiz olacaq: "Əvvəlki normativ sənədlərdə vaxt qoyulurdusa, təklif edilən qanun layihəsində müddətsiz olması gözlənilir”.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR