SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Peyğəmbərin (s) möcüzəsi yalnız Qurandırmı?

26-12-2017, 23:55 | Oxunub: 7 663 |

Peyğəmbərin (s) möcüzəsi yalnız Qurandırmı?

Peyğəmbərin (s) qarşısında cəbhə açmış müşriklərin böyük bir qismi heç bir sübut və möcüzəyə tabe olan deyildi. Məkkə dövründə iman gətirənlərin və Mədinəyə hicrət edənlərin sayına baxın, sonra da Məkkədə qalıb müşrik həyatını davam etdirənlərin və daha 8 il müsəlmanlarla döyüşənlərin sayına baxın. Məkkənin varlı təbəqəsi son ana kimi, şəhər müsəlman qoşunu tərəfindən fəth edilənə kimi iman gətirmədi. Hətta bundan sonra da iman gətirdiyini söyləyənlərin bir qisminin səmimiyyəti şübhə altındadır (Əbu Süfyan kimilər nəzərdə tutulur).

Məhz ona görə Allah-Taala İsra surəsinin 59-cu ayəsində Həzrət Mühəmmədə (s) bu cür şəxslər üçün möcüzə göstərməyin qadağan edildiyini buyurur.

Milli.Az islam.az-a istinadən bildirir ki, bir məsələni də diqqətdən yayındırmayaq: Möcüzənin şərti bu deyil ki, hər kəsin istəyi ilə olsun. Allah hər kəsin nazı ilə oynamağa məcbur deyil. Peyğəmbərdən (s) mözücə istəyənlərin bir qisminin xahişi yerinə yetirilə bilər, bir qisminin də tələbi cavabsız qala bilərdi. Bu, tamamilə təbiidir. Peyğəmbərin (s) hər kəsin istəyini yerinə yetirmək deyə bir vəzifəsi yoxdur. Bütün möcüzələr Allahın hikməti əsasında baş verir. Allah məsləhət bilirsə, öz peyğəmbərinin vasitəsilə möcüzə göstərir. Əksinə, Allah məsləhət bilmirsə, möcüzə yaratmır.

Gündəlik həyatımızdakı dua məfhumu da belədir. Allah duaları müstəcab edəndir, hətta Quranda buyurur ki, siz məni çağırın, mən də sizin çağırışınıza cavab verim: "Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!" (Mömin, 60). Amma gördüyümüz kimi, heç də bütün dualar qəbul olmur. Hətta mömin bəndələrin, övliyaların da bəzi duaları cavabsız qala bilər. Allah öz məsləhət bildiyi duaları müstəcab edir, bəzi duaları isə yerinə yetirmir.

"Bizə möcüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin (keçmiş ümmətlərin) onları yalan hesab etmələridir".

Bu təcrübə, keçmiş ümmətlərdə tez-tez, hətta belə demək mümkünsə, daim müşahidə edilib. Onlar öz peyğəmbərlərindən möcüzə istəyiblər, amma iman gətirməyiblər. Həzrət Musanın (ə) qövmü səhrada ac qaldığı zaman tələb etdi ki, onlar üçün göydən yemək endirsin. Amma mübarək qida (mənn və səlva) endiyi zaman onu yeməkdən imtina etdilər (Bəqərə, 61). Həzrət Hud Peyğəmbərin (ə) qövmü tələb etdi ki, onlara vəd etdiyi əzabı göstərsin. Amma Allahın əzablı bəlasının nişanələri görünəndə iman gətirmədilər (Əhqaf, 22).

Nəhayət, haqqında danışdığımız ayənin ardında Allah-Taala Səmud qövmünü misal çəkir: "Biz Səmud tayfasına açıq-aşkar bir möcüzə olaraq dişi (maya) bir dəvə verdik, lakin onlar ona zülm etdilər (dəvəni tutub kəsdilər)" (İsra, 59).

Səmud qövmü Həzrət Saleh Peyğəmbərdən (ə) tələb etdi ki, əgər onların iman gətirməsini istəyirsə, onların istəyi möcüzəni göstərsin. Yəni filan nişanələrə malik olan bir dəvəni dağın içindən çıxarsın. Qeyri-adı və hətta qeyri-mümkün görünən bu iş peyğəmbərin duası ilə həyata keçdi. Amma müşriklər nəinki iman gətirmədilər, əksinə, həmin dəvəni və balasını zülmlə öldürdülər. Bununla bir daha bu həqiqət sübuta yetdi ki, inadkar müşriklər heç bir möcüzə qarşısında öz dediklərindən dönən deyillər.

Göründüyü kimi, quranilər öz iddialarının cavabını öyrənmək üçün elə həmin ayənin ardını oxusalar, kifayət edər. Onların guya Həzrət Mühəmmədin (s) Qurandan başqa möcüzəsi olmadığına sübut kimi gətirdikləri ayənin davamı bu iddiaya açıq-aşkar şəkildə cavab verir. Lakin qurani məntiqi ilə düşünənlərin zehniyyəti bunu anlamağa qadir deyil.

Ayənin sonu bu iddianın cavabında "nöqtəni qoyur": "Biz möcüzələri yalnız (bəndələrimizi) qorxutmaq üçün göndəririk" (İsra, 59). Yəni möcüzənin məqsədi müşriklərin nazı ilə oynamaq, onların istəyinin diqqətə layiq olduğunu bildirmək deyil. Mözücə yalnız fayda verəcəyi təqdirdə baş verir. Əgər bir möcüzənin həyata keçməsi ilə insanlar yanlış yoldan dönüb düz yola gələcəklərsə, Allah həmin möcüzənin olmasını məsləhət bilir. Əgər möcüzə istəyi yalnız şıltaqlıq və vaxt qazanmaq məqsədi daşıyırsa, bu istək cavabsız qalacaq. Sonsuz elm və hikmət sahibi olan Allah bilir ki, hansı möcüzənin hansı faydası olacaq. Gözü, qulağı, qəlbi möhürlənmiş bir şəxs üçün min peyğəmbər möcüzə göstərsə də, faydası yoxdur.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR