SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində genişmiqyaslı quruculuq işləri aparılıb

1-12-2017, 15:53 | Oxunub: 14 599 |

Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində genişmiqyaslı quruculuq işləri aparılıb

Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində genişmiqyaslı quruculuq işləri aparılıb.

Emtv.az xəbər verir ki, kənddə aparılan quruculuq işləri çərçivəsində yaşayış məntəqəsinin girəcəyindən başlayaraq Qaraçuğa qədər gedən yol genişləndirilib, keyfiyyətli asfalt örtüyü salınıb, səkilərə kilid daşlar düzülüb, işıqlandırma sistemləri quraşdırılıb.

Yaşayış məntəqəsində həyata keçirilən kompleks quruculuq tədbirlərindən biri kənd məktəbi üçün inşa olunan yeni binadır. Hazırda məktəbin binasında avadanlıq quraşdırılır. Binanın ətrafında yaşıllaşdırma və abadlaşdırma işləri həyata keçirilib, ağac tingləri və gül kolları əkilib.

Kənddə inşası başa çatdırılan digər bir obyekt isə yaşayış məntəqəsində fəaliyyət göstərən qurumların birgə işini təşkil etmək üçün inşa olunan kənd mərkəzidir. İnşaatçılar qısa müddət ərzində iki mərtəbədən ibarət olan, müasirtipli layihə əsasında inşa edilən binada işləri yekunlaşdırıblar. Mərkəzdə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kitabxana, polis sahə və baytarlıq məntəqələrinin fəaliyyəti üçün hər cür şərait yaradılır. Həmçinin burada rabitə evi və poçt bölməsi fəaliyyət göstərəcək. Kənd mərkəzinin binasında səhiyyə məntəqəsi üçün də otaqlar ayrılıb. Bu isə sakinlərə göstəriləcək səhiyyə xidmətinin səviyyəsini yüksəldəcək.

Kənd sakinləri burada inşa olunan xidmət mərkəzini növbəti dövlət qayğısı kimi dəyərləndirirlər. Qeyd edək ki, burada sənaye malları mağazası, ət satışı yeri və müxtəlif iaşə xidməti sahələri fəaliyyət göstərəcək.

Emtv.az
Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində genişmiqyaslı quruculuq işləri aparılıb
Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində genişmiqyaslı quruculuq işləri aparılıb
Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində genişmiqyaslı quruculuq işləri aparılıb

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR