SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Sanki nağıllar aləmindəyəm” – “Cocuklar duymasın”ın Haluku Musiqili Teatrda

1-12-2017, 14:57 | Oxunub: 6 853 |

“Sanki nağıllar aləmindəyəm” – “Cocuklar duymasın”ın Haluku Musiqili Teatrda

Türkiyənən məşhur aktyoru Tamer Karadağlı Musiqili Teatrda Bu günlərdə Bakıya qonaq gələn Türkiyənin məşhur aktyoru, əslən Azərbaycandan olan Tamer Karadağlı Azərbaycan Dövlət Musiqili Teatrında olub.

Emtv.az xəbər verir ki, Teatrın Mətbuat xidmətindən bildirilib ki, ölkəmizdə də kifayət qədər populyar olan ünlü sənətçini istedadlı azərbaycanlı aktrisa, İstanbul Bələdiyyəsi Şəhər Teatrları Bədii rəhbərinin müavini Məlahət Abbasova müşaiyət edib.

Mötəbər qonaqları Azərbaycan Dövlət Musiqili Teatrının direktor müavini Hüseyn Hüseynov qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib.

Daha sonra H. Hüseynov qonaqları teatrın inzibati binası ilə tanış edib. O, qonaqlara Musiqili Teatrın tarixi, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonra burada tamaşaçılar və teatrın kollektivi üçün yaradılmış şərait haqqında ətraflı məlumat verib.

Azərbacan tamaşaçılarının “Cocuklar duymasın” məşhur Türkiyə serialından yaxşı tanıdığı Tamer Karadağlı teatrda yaradılmış şəraitin çox yüksək səviyyədə olduğunu bildirib. T. Karadağlı Azərbaycan Dövlət Musiqili Teatrı kimi çağdaş dünya standartlarına tam cavab verən bir səhnəni görəndən sonra öz heyrətini və məftunluğunu gizlədə bilməyib: “Bu əzəmətli bina, bu möhtəşəm səhnə, bu bənzərsiz şərait insanda yalnız yaradıcılıq şövqü və xoş hisslər yaradır. Yəqin ki, buradakı təəssüratlarımı uzun müddət unuda bilməyəcəyəm. Mən bir çox ölkələrdə, bir çox teatrlarda olmuşam. Səmimiyyətimə inanın, heç bir yerdə belə gözəl, möhtəşəm teatr binası görməmişəm. Adam gözlərinə inana bilmir, adama elə gəlir ki, sanki nağıllar aləmindədir”, – deyə məşhur aktyor Tamer Karadağlı heyranlığını ifadə edərək söyləyib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR