SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bu həftə Musiqili Teatrda – Afişa

20-11-2017, 11:04 | Oxunub: 6 832 |

Bu həftə Musiqili Teatrda – Afişa

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu – 3 gün ərzində 6 tamaşa nümayiş olunacaq.

Emtv.az xəbər verir ki, Dövlət Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, 24, 25, 26 noyabr tarixlərində saat 12.00, 15.00 və 19.00-da “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Düyməcik” (H.K. Andersen), “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və “999-cu gecə” (F. Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında) tamaşaları təqdim ediləcək.

Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar – Azərbaycan Respublikasının Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Novruz Qartal, Svetlana Bulax, Boris Qrafkin, Əzizağa Əzizov, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, Şövqi Hüseynov, aktyorlar Marina Litvinenko, Firuz Məmmədov, Nadejda Povelitsina, Məhərrəm Qurbanov, Nadir Xasıyev, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Yuliya Heydərova, Rauf Babayev, Gülnarə Abdullayeva, Hüseyn Əlili, Mehriban Zalıyeva, Emil Heydərov, Elnarə Nağdəliyeva, Şaban Cəfərov, Güldanə Əzimova, Əmrah Dadaşov, Aydan Həsənova, Nicat Əli, Fərid Rzayev, Eleanora Mehdiyeva, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 24 noyabr saat 19.00-da R. Hacıyevin “Qafqazlı qardaşqızı” əsəri böyüklər üçün, 25 noyabr saat 12.00-da R. Şəfəq, V. Ziminin “Yağış göbələyinin macərası”, 15.00-da isə H.K. Andersenin “Düyməcik” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Balacalar həmçinin 26 noyabr saat 12.00-da O. Zülfüqarov, R. Heydərin “Dəcəl çəpişlər” əsərini Azərbaycan dilində izləyə biləcəklər.

Həftəsonunu maraqlı və yaddaqalan keçirmək istəyənlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR