SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında kiçik hеkayələrin böyük ustadı kimi tanınıb

3-11-2017, 14:21 | Oxunub: 5 428 |

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında kiçik hеkayələrin böyük ustadı kimi tanınıb

Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin iştirakı ilə görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabının müzakirəsi olub.

Emtv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il avqustun 28-də imzaladığı Sərəncamla təsdiq olunan “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan kitabın müzakirəsi ilə bağlı keçirilən tədbirdə kollecin direktoru Günay Əliyeva çıxış edərək, adıçəkilən sərəncamın gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədbirdə kollecin tələbəsi Atikə Həsənli “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı” mövzusunda məruzə edərək bildirib ki, görkəmli yazıçı-dramaturq, publisist Cəlil Məmmədquluzadə ədəbiyyat, incəsənət sahəsindəki fəaliyyəti ilə xalqın maariflənməsində böyük rol oynayıb. Görkəmli ədib həm də milli mətbuatımızın inkişafında mühüm xidmətləri ilə yadda qalıb.

Kollecin tələbəsi Səkinə İsmayılova “Cəlil Məmmədquluzadə hekayələr ustasıdır” mövzusunda çıxış edib. Qeyd olunub ki, görkəmli yazıçı Azərbaycan ədəbiyyatında kiçik hеkayələrin böyük ustadı kimi tanınıb. Cəlil Məmmədquluzadənin ədəbiyyat tariximizə bəxş etdiyi “Poçt qutusu”, “Pirverdinin xoruzu”, “Saqqallı uşaq”, “Buz” və digər hekayələri həm də uşaq ədəbiyyatının ən sanballı nümunələridir.

Diqqətə çatdırılıb ki, böyük sənətkarın hekayələri klassik bədii səviyyəyə malikdir. Bu hekayələrdə kəskin sarkazm, şiddətli ifşaedici gülüş var. İncə lirizm və tərbiyəvi yumordan yoğurulmuş hekayələrin hamısında cəmiyyətdəki çatışmazlıqlar, gerilik və fanatizm əks olunub. Həmin hekayələr milli-ictimai geriliyin aradan qaldırılmasına, milli şüurun və Azərbaycançılıq ideologiyasının təşəkkülünə, demokratik düşüncə tərzinin formalaşmasına xidmət edib.

Sonra tələbələr “Hekayələr” kitabında yer alan bədii nəsr nümunələrini qiraət ediblər, onları maraqlandıran suallar cavablandırılıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR