SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Avtoxuliqanlıq edən sürücü polislə əlbəyaxa çıxdı - VİDEO

29-08-2017, 14:05 | Oxunub: 5 999 |

Avtoxuliqanlıq edən sürücü polislə əlbəyaxa çıxdı - VİDEO
Polisin qanuni tələbinə əməl etməyənlər elə qanun çərçivəsində də cəzalandırılıblar. Gədəbəydə gənclər rayon ərazisində yol polisinin tələbinə tabe olmadığı üçün həbs ediliblər. Bir neçə gün öncə polislə əlbəyaxa olmaqdan belə çəkinməyən gənclər dəmir barmaqlıqlar arxasında düşdükdən sonra əməllərini xatırlamadıqlarını deyirlər.

Emtv.az ARB tv-yə istinadən xəbər verir ki, görüntülər avqust ayının 25-də Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı ilə Gədəbəy rayon Dövlət Yol Polisi əməkdaşlarının birgə keçirdiyi reyddə qeydə alınıb. Həmin vaxt yol polislərinin qanuni tələblərini yerinə yetirməyən sürücü, Söyüdlü kənd sakini Samir Ələkbərov və onun sərnişini Gədəbəy şəhər sakini Pənah Bayramlı asayiş keşikçilərini təhqir etməkdən belə çəkinmədilər. Hadisədən sonra ərazini tərk edən hər iki şəxs məsuliyytədən yayınmağa çalışıblar. Ancaq Gədəbəy rayon polis şöbəsi əməkdaşlarının keçiridikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılan gənclər cəzadan yaxa qurtara bilməyiblər.

Seymur Quliyev - Gədəbəy Rayon DYP bölməsinin rəisi: "Gədəbəy şəhər sakini Bayramlı Pənah Ramiz oğlu və Ələkbərov Samir Fərhad oğlu sonuncuya məxsus "Toyota” Prado markalı 99 FN 962 dövlət nömrə nişanlı avtomobillə polisin qanuni tələbinə əməl etməyərək, tədbir yerindən yayınıblar. Sonradan həmin şəxslər saxlanılaraq, barələrində rayon məhkəməsinin qərarı ilə 30 gün müddətinə inzibati qaydada tədbir görülüb”.

Saxlanılan Pənah Bayramlı həmin gün yaxın qohumunun toy məclisində xeyli miqdarda spirtli içki qəbul etdiyini etiraf edib. Sərxoş olduğundan baş verənləri yaxşı xatırlamayan gənc peşmançılığını da gizlətməyib.


Pənah Bayramlı - saxlanılan şəxs: Mən toyda içmişdim. Bilmirəm necə oldu bu hadisə baş verdi. Əməlimdən çox peşmanam.

Sürücü Samir Ələkbərov isə hadisə vaxtı sərxoş olmadığını deyib. Ələkbərov sadəcə əsəblərini cilovlaya bilmədiyini və bu səbəbdən də arzulamadığı hadisə ilə qarşılaşdığını qeyd edib.

Samir Ələkbərov saxlanılan şəxs: "Mən ayıq olmuşam. Sadəcə bir anlıq əsəbləşdim. İstəmədən oldu, çox peşmanam”.

İçkinin və əsəbin toruna düşən hər iki şəxsin sonrakı peşmançılığı isə faydasız olub.



Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR