18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"Bilmirəm nə qədər şey oğurlayıb" - Oğrular günahı bir-birinin üstünə atdı - VİDEO
Vətəndaş Məhəmməd Əsgərov Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, gecə avtomobilinin şüşəsini qırıblar və oradan 2 ədəd mobil telefon, iki mobil nömrə oğurlamaqla ona 2375 manat məbləğində ziyan vurublar.
Təhlükəsiz şəhər xidməti və Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu işdə şübhəli bilinən Bakı şəhər sakinləri Nicat Ələkbərov, Ramin Cəbrayılov və Eldar Baxışov tutulub, daha 2 nəfər isə müəyyən edilib.
Adı çəkilən şəxslər yanvarın 24-dən mayın 4-dək olan müddətdə rayon ərazisində 15 avtomobildən yan güzgüləri, səsgücləndiricilər, videoqeydiyyat qurğusu, təkər, qaldırıcı qurğu, pul, qızıl və məişət əşyaları, sənəd, maqnitofon və tütün məmulatı oğurlayıblar.
Ramin Cəbrayılov - saxlanılan şəxs: "Onlar sadəcə yanımda olublar 2 epizodda. Maşının yanında saxlamışam, "sveça"yla qırmışam götürmüşəm fsyo. Telefon bir də 120 manat pul götürmüşəm".
Nicat Ələkbərov isə iddia edir ki, Raminin oğurluq edəcəyindən xəbəri olmayıb.
Nicat Ələkbərov - saxlanılan şəxs: "Raminin maşınında frlanırdıq. Gəldi saxladı elədi. Maşında oturmuşam. Heç bir xəbərim də yoxdur. Pul da vermiyib. Heç bilmirəm nə qədər şey oğurluyub".
Əvvəllər də məhkumluq həyatı yaşayan Eldar Baxışovun sözlərinə görə, o, bu cinayətlərin birbaşa iştirakçısı olmayıb.
Eldar Baxışov - saxlanılan şəxs: "Mən biryerdə olmuşam. Taksi kimi aparmışam. Sürdürüblər, bir yerdə gözləmişəm, abratnı da qayıtmışam. Apardığımın pulunu veriblər".
Polis İdarəsindən verilən məlumata görə, ümumilikdə vətəndaşlara 7-8 min manata yaxın ziyan dəyib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.
Emtv.az