17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Keçmiş məhkumlardan ibarət quldur dəstə zərərsizləşdirildi
Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-dən 26-dək olan müddətdə paytaxt sakinləri olan 5 nəfərə məxsus evlərdən pul və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuşlar Rəşid Eminov, Naxçıvan şəhər sakini Orxan Nağıyev, Qazax rayon sakini Nazir İsmayılov və Bakı şəhər sakini Heydər Bayramov tutulublar.
Emtv.az DİN-in saytına istinadən xəbər verir ki, R.Eminovdan 8,381 qram, O.Nağıyevdən 8,164 qram, N.İsmayılovdan isə 10,985 qram tiryək götürülüb.
Onların oktyabrın 28-də Bakı şəhər sakini Əjdər Əliyevin evindən geyim və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
N.İsmayılovun ətrafında aparılmış tədbirlərlə onun Ağcabədi rayon sakini Nadir Musayevə məxsus evdən 2000 manat pul və qızıl əşyalar oğurlaması, habelə O. Nağıyev və H. Bayramovla birgə Qazax rayon sakini Zülfüqar Həşimovun pulunu və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə alması da müəyyən olunub.