17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
SƏRXOŞ NAZİR OĞLU POLİSİ TƏHQİR ETDİ
Onun atası vaxtı ilə baş nazirin müavini və ədliyyə naziri vəzifəsində işləyib
Bakıda yol polisi tərəfindən saxlanılan sürücü itaətsizlik göstərib."EMTV.az" hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dekabrın 11-də saat 04:30 radələrində yol polisi Yasamal rayonu Cəfər Cabbarlı küçəsi 45 ünvanının qarşısında “Lexus” markalı 10 AR 900 nömrə nişanlı avtomobili saxlayıb. Bakı şəhər Baş Polis İdarəsi Yol Patrul Xidmətinin inspektoru, polis serjantı Fərid Əkbərov sürücü, 1980-ci il təvəllüdlü Orucov Kamran Əlisaab oğlunun sərxoş olduğunu bildirib və onu tibb məntəqəsində müayinədən keçməyə dəvət edib.
Bu zaman sürücü yol polisinə qarşı təhqiramiz ifadələr işlədib və müqavimət göstərib.
Polis serjantı hadisə ilə bağlı raport yazaraq aidiyyatı üzrə təqdim edib.
Qeyd edək ki, yol polisinin barəsində raport yazdığı Kamran Orucov sabiq ədliyyə naziri və baş nazirin müavini Əlisaab Orucovun oğludur.
Hazırda faktla bağlı araşdırma aparılır.