SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakını qarış-qarış satan Abutalıbov... - indi də səkiləri satır

7-08-2017, 14:34 | Oxunub: 12 293 |

Bakını qarış-qarış satan Abutalıbov... - indi də səkiləri satır
Bakı kimi dünyanın gözəl şəhərini tramvaydan, troleybusdan məhrum edən, relsləri dəyər-dəyməzinə satan şəhər meriyası indi tramvay-troleybus xətlərinin bərpası barədə məsələ qaldırır.

Həqiqətən də hər iki nəqliyyat növü dünyada ekoloji cəhətdən ən təmiz və sərfəli nəqliyyatdır.

Onda cənab Abutalıbovdan soruşan lazımdır ki, müasir nəqliyyat növünü niyə məhv etdin?

Bakıda torpaqları qarış-qarış, sot-sot satan Bakı ŞİH indi vətəndaşların dəfn olunması üçün məzarlıq yeri tapa bilmir.

Bunları yazmaqda məqsədimiz odur ki, bəzi şəhər rəhbərliyinin tamahı ucbatından vətəndaşlar sərbəst yeriməyə səki də tapa bilmirlər. Yolların qırağı o qədər qanusuz obyektlərlər yüklənib ki, insanlar yeriməyə cığır da tapmır.

Hətta hər gün oxuyuruq ki, sürücü səkidə vətəndaşı vuraraq öldürüb. Bu təkcə sürücünün günahı deyil e, axı torpaqları sata-sata səkini o vəziyyət salıblar ki, qəza vəziyyəti qaçılmaz olur.

Bu yazıda da söhbət açmaq istədiyimiz problem səkilərlə, piyada yolları ilə bağlıdır.

Məlumdur ki, bir müddət əvvəl Bakı şəhərində köhnə “budka”ların sökülməsindən sonra, yeni tipli köşklər yayılmağa başladı.

Bir çox yerlərdə “yağışdan sonra çıxan göbələk” kimi yayılmış bu köşklər əhaliyə və ictimaiyyətə “qəzet köşkü” kimi təqdim olunsa da, bəzi köşklərdə rəngi saralmış bir-iki qəzetdən savayı, hər şeyə rast gəlmək olar. Siqaret, enerji içkiləri, dəftərxana ləvazimatları və müxtəlif “xırda-xuruş” məhsullar…

Bu da heç kimə sirr deyil ki, bu yeni köşklər çox baha qiymətə iş adamlarına satılır.

Bu barədə ölkə mətbuatı da dəfələrlə yazıb.

Lakin bu yeni köşklərin yöndəmsiz, yəni lazım olmayan yerdə yerləşdirmə məsələsi də davamlı olaraq ictimaiyyətdə narazılıqla qarşılanır.

İyunun 24-də Yasamal rayonu, H.Cavid küçəsi 5 ünvanında yerləşən binanın sakinləri Qafqaz Hüquq Mərkəzinə müraciət edərək, ötən gecə binalarının qarşısında baş verən “xəlvəti” hadisəylə bağlı onlara hüquqi yardım göstərilməsini xahiş ediblər.

Emtv.az xəbər verir ki, bu barədə qafqaznews.az-a açıqlama verən Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov bildirib ki, iyunun 24-dən 25-nə keçən gecə, kimliyi bilinməyən şəxslər ağır texnika ilə köşk gətirərək, binanın qarşısında, düz səkinin ortasında yerləşdiriblər.

“Bu hadisə ötən gecə saat 1-də baş verib. Köşk səkinin ortasında yerləşdirilib. Səkinin kənarında isə ağaclar var.

Görünür ki, növbəti gecə də, o köşkün qarşısındakı ağacları kəsib, köşkü bir az irəli çəkməyi planlaşdırıblar. Yaxınlıqda məktəb var, köşkün orda olması dərs ilində həmin səkidə uşaqların hərəkətinə maneə yaradacaq. Həmçinin, ağacların da kəsilməsi yol verilməzdir. Ümumiyyətlə, o köşkün həmin ərazidə yerləşdirilməsi məqsədəuyğun deyil.

Sakinlər məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət ediblər.

Lakin onlara deyilib ki, iyunun 29-na qədər bayram günləridir, bir neçə gündən sonra gələrsiniz.

Maraqlıdır ki, köşkü məhz bayram günləri başlayarkən, gecə saatlarında gətirib qoyublar və belə “xəlvəti” addımın atılması da bir çox suallar doğurur”
, – deyə İ.Abbasov vurğulayıb.

Məsələ ilə bağlı apardığımız jurnalist araşdırması da heç bir nəticə vermyib.

Yasamal RİH-nin məsul şəxsləri problemi Bakı ŞİH-nin üzərinə atır, şəhər meriyası isə məsələ ilə bağlı suallarımıza konkret cavab vermir.

Beləcə problem uzanıb gedir.

Axı, həmin yolun qırağında iki məktəb ( 20 saylı orta məktəb və 16 sayı musiqi gimnaziyası var), həmin yolun kənarında xeyli sayda marşrut avtobusları dayanır. Yəni həm vətəndaşların, həm də məktəb yaşlı uşaqların çox sıx olduğu ərazidir.

Bu dar səkini köşk zəbt edəndən sonra vətəndaşlar və daha çox şagirdlər hərəkət yoluna çıxmağa məcbur olacaqlr. Bu isə qəzaya, insan ölümünə səbəb olacaq.

Görəsən bunu şəhər meriyası, o cümlədən şəhərin olmayan meri Hacıbala Abutalıbov görmür ?

Gərək mütəq adam ölsün sonra tədbir görəcəksiniz ?

Digər tərəfdən niyə köşkü gecə saat 1-də gətirib həmin əraziyə xəlvət qoyursunuz ?

Məgər şəhər meriyası gecələr işləyir ?

Deməli vətəndaşların etirazından çəkinib işinizi gecə görürsünüz ?

Oradakı ağacları da yəqin ki, gecənin birində kəsib atacaqsınız ?

Bir sözlə, paytaxt meriyası öz qərarları ilə az yaşlı uşaqların ölümünə fərman verir.

Yəqin ki, ölkə rəhbərliyi vətəndaşların səsini eşidəcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR