SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Miki"-dən yeni əmr - Məktəblərdə təmayül siniflər yaradılacaq

7-08-2017, 13:59 | Oxunub: 9 775 |

"Miki"-dən yeni əmr - Məktəblərdə təmayül siniflər yaradılacaq
Təhsil naziri Mikayıl Cabbarov tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2017-2018-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.

Emtv.az xəbər verir ki, Təhsil Nazirliyindən apa-ya verilən xəbərə görə, əmrə əsasən, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə 2017-2018-ci dərs ilində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin X sinifləri üçün tədris planları, "Tədris planlarına dair qeydlər” və tam orta təhsil səviyyəsində təmayülləşmənin pilot qaydasında tətbiq olunduğu ümumi təhsil müəssisələrinin XI sinifləri üçün tədris planları, "Tədris planlarına dair qeydlər” (16–24 nömrəli əlavələr) təsdiq edilib.

Qaydalara əsasən, təmayül sinifləri şagirdlərin sayı ən azı 20 (iyirmi) nəfər olmaqla komplektləşdirilir. Şagirdlərin sayı 20 (iyirmi) və daha çox olan siniflər aşağıdakı fənlərin tədrisində 2 (iki) qrupa bölünür: Tədris rus dilində aparılan siniflərdə "Azərbaycan dili - dövlət dili kimi” və tədris dilindən asılı olmayaraq "Xarici dil”, "İkinci xarici dil”, "Fiziki tərbiyə”.

Fənn müəllimlərinin rəyi, şagirdlərin fənlər üzrə təlim nailiyyətləri və onların maraqları, buraxılış imtahanlarının nəticələri, valideynlərin razılığı nəzərə alınmaqla təmayül siniflərinin ilkin komplektləşdirilməsi iyun ayının sonunadək başa çatdırılır. Şagirdlərin hazırlıq səviyyəsinə görə, zəruri ehtiyac olduğu halda, məktəb Pedaqoji Şurasının qərarına əsasən, təmayül fənlərindən hər hansı birinə ("texniki” təmayül üzrə "Riyaziyyat”, "Fizika” və "Kimya”, "riyaziyyat-iqtisadiyyat” təmayülü üzrə "Riyaziyyat”, "Coğrafiya” və "Azərbaycan tarixi”, "humanitar” təmayül üzrə "Azərbaycan dili”, "Xarici dil”, "Azərbaycan tarixi” və "Ümumi tarix”, "təbiət” təmayülü üzrə "Biologiya”, "Kimya” və "Fizika”) digər bir təmayül fənni hesabına 1 (bir) saat artıq vaxt verilə bilər.

Müəyyən olunmuş təmayüllər üzrə tədris planlarında dərsdənkənar məşğələlərə ayrılmış 2 (iki) saatdan 1 (bir) saatı bütün şagirdlər cəlb olunmaqla "Nitq mədəniyyəti”, digər 1 (bir) saatı isə "İqtisadiyyatın əsasları” fakültativ kursunun tədrisinə ayrılır.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR