17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda şagirdlərin sayı artıb
Son 6 tədris ili ərzində Azərbaycanda dövlət əyani ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sayı artıb.
EMTV.az-ın yerli mətbuata istinadən verdiyi məlumatına görə, 2011-2012-ci tədris ilində dövlət məktəblərində (sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər, internat məktəbləri və siniflər istisna olmaqla) təhsil alan şagirdlərin sayı 1 milyon 278 min 100 min nəfər olduğu halda, 2016-2017-ci tədris ilində onların sayı 1 milyon 446 min 600 nəfərə yüksəlib.
Həmin şagirdlərin 1 milyon 234 min 100 nəfəri , yaxud bütün şagirdlərin 85,3 faizi 1 növbə, 212 min 500 nəfəri, yaxud 14,7 faizi iki və ya üç növbələrdə dərs keçirilən orta məktəbdə təhsil alır.
Statistik göstəricilərə əsasən, son 6 ildə ümumi təhsil müəssisələrini bitirən şagirdlərin sayı azalıb. 2011-ci ildə ümumi orta təhsili 130 274 nəfər şagird bitirdiyi halda, 2016-cı ildə onların sayı 108 050 nəfər olub.
EMTV.az