17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Təhsil Nazirliyi ölkə üzrə savadlılıq səviyyəsini açıqlayıb
“Azərbaycanda 15 və daha yuxarı yaşda olan əhalinin savadlılıq, ibtidai təhsilə nail olma, ibtidai təhsili başa vurma səviyyəsi, eyni zamanda I sinifdən başlayaraq V sinfə qədər təhsilini davam etdirən şagirdlərin xüsusi çəkisi demək olar yüz faizə çatıb”.
Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.
Onun sözlərinə görə, Azərbaycanda qeyd olunan istiqamətdə nəzərdə tutulan hədəflərə artıq nail olunub:
“Son illərdə müsbət demoqrafik vəziyyət nəticəsində Azərbaycanda birinci sinfə gedən şagirdlərin sayında ciddi artım müşahidə olunur. Əgər 2013-cü ildə belə şagirdlərin sayı 138 min nəfər idisə, hazırda onların sayı 165 min nəfərdir. Ümumlikdə şagirdlərin sayında da artım müşahidə olunur. Əgər 2013-cü ildə orta məktəblərdə 1 milyon 280 mindən artıq şagird təhsil alırdısa, bu gün onların sayı 1 milyon 470 mini ötüb”.
F.Qədirov növbəti ilin yanvarından diaqnostik qiymətləndirmədən keçən daha 50 min müəllimin əmək haqqının artırılacağını da bildirib: “Azərbaycanda bir neçə il əvvəl məktəbəqədər təhsil səviyyəsi çox aşağı idi. Son iki ildə aparılan siyasət nəticəsində 5 yaşlı uşaqların 55 faizini təhsilə cəlb etmək mümükün olub. Bu il ali məktəblərin bakalavriat və magistr səviyyəsinə qəbul olunanların sayı 40 minə yaxın oldu. İndiyədək bu sayda gənc ali məktəblərə daxil olmaq imkanı əldə etməyib. Ümumilikdə son üç ildə 500-dən çox bal toplayanların sayı 19 faiz, 600-dən çox bal toplayanların sayı isə 32 faiz artıb”.
Nazirlik rəsmisi vurğulayıb ki, Dövlət Proqramı çərçivəsində bu günə qədər 3558 nəfər gənc xarici ölkələrin ən nüfuzlu universitelərində təhsil almağa göndərilib: “Onlardan 1470 nəfəri artıq məzun olub. Onlar bu gün əldə etdikləri təcrübə və biliyi Azərbaycanın ali məktəblərində gənclərə öyrədirlər”.
Emtv.az