17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NAZİRLİK AÇIQLADI: Zəif nəticə göstərən müəllimlər ixtisar olunacaq”
“Bu günə kimi Təhsil Nazirliyi tərəfindən Azərbaycanda 140 minə yaxın müəllim diaqnostik qiymətləndirmədən keçirilib. Hazırda Bakıda 7 min müəllimin qiymətləndirilməsi aparılır. Bununla da proses tam başa çatacaq”. Bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, bu işlərin həyata keçirilməsində məqsəd səriştəli təhsil verənlərin hazırlanması və təhsil mühitinə cəlb edilməsidir.
C. Valehov qeyd edib ki, artıq diaqnostik qiymətləndirmənin nəticələri ilə bağlı Təhsil Nazirliyində müəyyən məlumatlar var: “Diaqnostik qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin bir qismi təlimlərə cəlb edilərək, nəticələrini yaxşılaşdırmaq üçün onlara şans veriləcək. Bununla yanaşı, qiymətləndirmədə kifayət qədər zəif nəticə göstərən müəllimlər var ki, onlar məktəblərdən ixtisar olunacaq. Çünki başqa yol yoxdu. İstəyirik ki, yüksək bilikli, savadlı, bacarıqlı müəllimlər işlə təmin olunsun. Ötən il rekord sayda namizəd işə qəbul üçün müraciət edib, onlardan 30 mini imtahanda iştirak edib. Bu il Azərbaycanda vakansiyaların sayları artırılıb, səriştəli müəllimlərin işə cəlb olunması üçün yeni imkanlar yaradılır”.
Nazirlik rəsmisi qeyd edib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə kifayət sayda vakant yer olacaq: “Bu il 6 mindən çox vakant müəllim yerinin olması gözlənilir. Burada əsas məqsəd daha çox gənc və yüksək savadlı müəllimlərin işə cəlb olunmasıdır”.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov isə əlavə edib ki, bəzi hallarda təlim vasitəsilə müəllimlərin peşəkarlığı artırılacaq: “Lakin qiymətləndirmədə çox aşağı nəticə göstərən müəllimlərin təlim ehtiyacları təmin edilsə belə, onların bilik səviyyəsinin, peşəkarlığının artırılması üçün cəhdlər məqsədəuyğun hesab edilmir. Təhsilə cavabdeh olan şəxslərə belə müəllimlər, əmək müqavilələrinin tənzimlənməsi ilə bağlı tapşırıqlar verilib. İstəmirik ki, övladlarımıza, şagirdlərə aşağı nəticə göstərən müəllimlər dərs keçsin. Hətta az saat olsa belə, onların yeri vakansiyaya çıxarılacaq. Müsabiqələrdə kifayət qədər bal toplayan namizədlər məktəblərdə yer olmadığı üçün işlə təmin oluna bilmirlər”.
E. Bağırov vurğulayıb ki, diaqnostik qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlərin sayı kifayət qədərdir: “Ola bilsin ki, hansısa müəllim öz ərizəsi ilə işdən çıxmağa razılıq verəcək. Artıq belə hallar var, bəzi müəllimlər özləri ərizə yazaraq işdən çıxırlar”.
Emtv.az