SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Qənirə Paşayeva Qərbi Afrika Ölkələri İqtisadi Birliyi (ECOWAS) Parlamentinin sədrinə Qarabağdan danışdı

11-07-2017, 11:30 | Oxunub: 7 043 |

Qənirə Paşayeva Qərbi Afrika Ölkələri İqtisadi Birliyi (ECOWAS) Parlamentinin sədrinə Qarabağdan danışdı
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Qərbi Afrika Ölkələri İqtisadi Birliyi (ECOWAS) Parlamentinin sədri Mustafa Cisse Lo və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Emtv.az xəbər verir ki, görüş zamanı millət vəkili Azərbaycanın Qərbi Afrika ölkələri ilə, onların yaratdığı təşkilatlarla dostluğun və əmkədaşlığın inkişafına önəm verdiyini deyib. Müzakirələr zamanı millət vəkili Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Parlamentinin sədri Mustafa Cisse Loya Azərbaycanla bağlı, onun iqtisadi inkişafına dair və Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib. Q.Paşayeva ona Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, bir neçə gün əvvəl işğalçı Ermənistan ordusunun qətlə yetiridyi balaca Zəhra barəsində ətraflı məlumatlar verib. Məcburi köçkünlərin fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 25 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə söhbət açan Q.Paşayeva bildirib ki, “Dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan hər kəs Ermənistanın törətdiyi vandalizm aktlarına, törətdiyi Xocalı soyrımına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini beynəlxalq təşkilatlarda daha yüksək səslə söyləməlidir və Azərbaycan xalqı Qərbi Afrika ölkələrindən və onların birliyi olan ECOWAS və onun Parlamentindən də bunu gözləyir və ədalətin yanında daha çox olmağa çağırır. Millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Parlamentinin sədri Mustafa Cisse Lo və rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə dair, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən materialları təqdim edib.

Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Parlamentinin sədri Mustafa Cisse Lo da Azərbaycanla dostluğun inkişafında maraqlı olduqlarını deyərək əməkdaşlığın genişlənməsinin önəmini vurğulayıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR