SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Sürüşmənin dinamikasında ciddi aktivlik var, yeni uçqunlar baş verib” – Nazirlik

6-06-2017, 11:14 | Oxunub: 10 038 |

“Sürüşmənin dinamikasında ciddi aktivlik var, yeni uçqunlar baş verib” – Nazirlik
“Şamaxıda sürüşmənin dinamikasında ciddi aktivlik var”

Emtv.az xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O xatırladıb ki, Şamaxı şəhərinin 48A məhəlləsində bir neçə ay bundan əvvəl sürüşmə, oturma hadisələri baş vermişdi: “Hazırda da həmin sürüşmənin dinamikasında ciddi artım qeydə alınıb. Son günlərdə qədim sürüşmə sahəsi olan Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində də yenə uçqun hadisələri baş verib. Hazırda yolu təmizləyiblər, nəqliyyat vasitələri işləyir”.

Rəisin sözlərinə görə, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyi də sürüşmə ərazisidir: “Son günlər sahədə sürüşmə prosesi aktivləşib, nəticədə uçqun və çöküntü hadisələri qeydə alınıb. Həmin ərazidə bir neçə yerdə yeni lokal sürüşmə sahələri əmələ gəlib”.

Ə.Qaralov bildirib ki, Ağsu aşırımında yerləşən Salyan sürüşmə sahəsində də aktivlik başlayıb: “Şamaxı rayonu Qaravəlli kəndində sürüşmə sahəsi mövcuddur, orada da müəyyən aktivlik qeydə alınıb. Şamaxının Muğanlı sürüşmə sahəsi qədim sürüşmə sahəsidir, orada atmosfer yağıntıları intensiv olduqda sürüşmə prosesləri aktivləşir. Ötən il ərazidə 60-dan çox evin sakini köçürülüb, həmin ərazisdə də yenə aktivlik qeyd olunub”.

Mütəxəssisin sözlərinə görə, Çuxuryurd avtomobil yolunda, Mədrəsə kəndi ərazisində də aktivlik müşahidə edilib.

Ə.Qaralov qeyd edib ki, hazırda Şamaxıda qəzalı vəziyyətdə olan evlər var: “Kütləvi şəkildə hamının köçürülməsi mümkün deyil. Həmin evlərin çoxu sürüşmə prosesindən deyil, köhnə konstruksiya ilə tikilməsi səbəbindən qəzalı vəzyyətə düşüb, çünki sular birbaşa bünövrəyə axır”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR