SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında Respublika Günü qeyd olunub

26-05-2017, 14:03 | Oxunub: 12 780 |

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında Respublika Günü qeyd olunub
Tədbirdə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı idarə heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikasının Əməkdar həkimi Nüsrət Həsənov məruzə edib, partiyanın rayon təşkilatı sədrinin müavini İbrahim Hənifəzadənin və Cəlilkənd ərazi ilk partiya təşkilatının sədri Günel Babayevanın çıxışları dinlənilib. Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, qısa vaxt ərzində süquta uğramasının səbəblərindən, müstəqilliyimizin bərpası və qorunub saxlanılması istiqamətində görülən işlərdən danışıblar.

Qeyd olunub ki, xalqımız daim öz qəlbində azad yaşamaq, müstəqil dövlətin vətəndaşı olmaq ümidini yaşadıb və bu yolda çətin mübarizələrdən keçib. Azərbaycanda müstəqil dövlət quruculuğu prosesinin kökləri qədim, müstəqilliyə gedən yol isə çox çətin və keşməkeşli olub. Tarixi təcrübələr göstərir ki, bu istəyə çatmaq üçün, ilk növbədə, xalqın məqsəd birliyi və münbit ictimai-siyasi şərait mövcud olmalıdır. Nəhayət, ötən əsrin əvvəllərində belə bir imkan yaranıb və 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə müstəqil Azərbaycan dövlətinin yaradıldığı bütün dünyaya bəyan edilib. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya Aktının qəbulu ilə Xalq Cümhuriyyəti forması elan olunub.

Bildirilib ki, Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmaq kimi ali prinsipləri özündə ehtiva edən İstiqlal Bəyannaməsi yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca istiqamətlərini də müəyyənləşdirib. Yeni yaradılan dövlət mürəkkəb bir şəraitdə fəaliyyət göstərib, beynəlxalq aləmdə baş verən dəyişikliklər və buraxılmış səhvlər nəticəsində yalnız 23 ay yaşaya bilib. Tarix üçün çox qısa bir zaman kəsiyində fəaliyyət göstərən Xalq Cümhuriyyətinin gördüyü işlər xalqımızın milli dövlətçilik məfkurəsinin formalaşmasında və inkişafında silinməz izlər buraxıb. Sonrakı dövrlərdə də kommunist rejiminin həyata keçirdiyi sərt, amansız tədbirlər, qeyri-insani, ağlasığmaz cinayətlər xalqımızın istiqlal əzmini qıra bilməyib. Zor gücünə yaradılmış sovet imperiyasını qorxu, xof ilə qoruyub saxlamaq mümkün olmayıb. 1991-ci ildə SSRİ dağılıb və Azərbaycan xalqı öz milli dövlətçiliyini yenidən bərpa edib. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gələndən sonra respublikamızı Xalq Cümhuriyyətinin hüquqi varisi elan edib.
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev tədbirdəki çıxışında ötən əsrin sonlarında müstəqilliyin yenidən bərpa olunması istiqamətində respublikamızda aparılan azadlıq mücadiləsi yolunda baş vermiş faciəli hadisələri, müstəqilliyimizi yenidən bərpa etdiyimiz günlərdə rastlaşdığımız maneələri, ciddi təhlükələri bir daha xatırladıb, ümummilli lider Heydər Əliyevin böyük çətinliklər bahasına müstəqilliyimizin qorunması, möhkəmləndirilməsi, sarsılmaz və əbədi olması istiqamətində gördüyü misilsiz xidmətlərdən ətraflı bəhs edib. O, Prezident cənab İlham Əliyevin xalqımızın tərəqqisi naminə gördüyü işlərin əhəmiyyətindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikamızın sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıb.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR