SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bələdiyyə sədrinin qohumları qoçuluq etdi-10 nəfər həkimlik oldu- FOTO

15-05-2017, 12:22 | Oxunub: 7 959 |

Bələdiyyə sədrinin qohumları qoçuluq etdi-10 nəfər həkimlik oldu- FOTO
Beyləqanda bələdiyyə sədri və qohumları 10 nəfərədək şəxsi döyərək xəstəxanalıq edib. Hadisə rayonun İmamverdilər kəndində baş verib.

Torpaq üstündə düşən mübahisəyə son qoymaq üçün əraziyə gələn təftiş komissiyası tərəfləri bir araya gətirib. Qarşıdurma da bu anda başlayıb.


Zərərçəkən Rasim Əliyev hadisənin necə baş verdiyini mətbuata danışıb: “Ədliyyənin işçisi gəldi, dedim ki, bizim işimiz burada deyil, sahədədir. Gəlin gedək sahəyə baxaq. Bizim otlaq sahələrimiz əkilib, öz pay torpaqlarımıza girməyə yol yoxdur. Dedi ki, mən sahəni yoxlamağa gəlməmişəm. Mən imzaları yoxlamağa gəlmişəm. Dedim ki, bizim sahələrimizə baxmayacaqsınızsa, şikayətimizlə maraqlanmayacaqsınızsa, niyə gəlmisiniz? Çıxanda Əfqan Bəşirovun qayınları, mühasib, İkram Tağıyev, Bəhramxan Abdullayev, Mübariiz Abdullayev, Anar Bəşiirov bizi saldılar təpik-yumruğun altına. Regional idarənin nümayəndəsi gəldiyi maşına oturub getdi. Demədi ki, bunları niyə qırırsınız?”

Zərərçəkənlərdən kimisinin dişi düşüb, kimisinin çənəsi sınıb, kimisinin də gözü göyərib. Xəstəxanaya müraciət edən 10 nəfərdən 7 nəfəri ambulator müalicə aldıqdan sonra evə buraxılıb.

Rasim Əliyevin sözləroinə görə, yaralılardan birinin vəziyyəti ağırdır: “Örüşə, əkin sahələrinə çıxa bilmirik. Şikayətimiz əsasında gəldilər, biz də getdik. Dedik, durun gedək, əkin sahələrinə baxaq, onlar da razılaşmadı. Biz də durub çıxanda bizi döydülər”.

Zərərçəkən Rafiq Əsgərxanov da baş verənlərə görə bələdiyyə sədrini ittiham edib: “Kəndin mal örüşünü bələdiyyə verib öz qohum-əqrəbalarına. Hamısı taxıl-yonca əkib, mal örüşünü şumlayıb ediblər pambıq sahəsi. Əkilməlidirsə, biz də pambıq əkirik. Bizdən alıb verir özününkülərə, belə allahsızlıq olar? Verib hamısını qohumuna, əqrəbasına. Bizi də döyən elə onlar olub. Mənim atamın 80 yaşı var, İkram Tağıyev gözünün altından vurub. Gözünün altını qapqara qaraldıb. 80 yaşında kişiyə əl qaldırarlar? Dayımı necə vurdularsa, yerdə qaldı, dedik ki, kişi öldü."

Qeyd edək ki, baş verən torpaq davası ilə bağlı Beyləqan rayon Polis İdarəsində təhqiqat aparılır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR