SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Tikinti şirkəti sakinlərə kompensasiya ödəmədən bayıra atır – BAKIDA

5-05-2017, 11:49 | Oxunub: 10 973 |

Tikinti şirkəti sakinlərə kompensasiya ödəmədən bayıra atır – BAKIDA
“Mənim evim söküləndən sonra axşam “Rifah Plaza” tikinti şirkətinin rəhbəri və “Uniklinika”nın rəhbəri içkili vəziyyətdə dayanıb bizə baxıb gülürdülər”

Bakının Süleyman Rüstəm, 193 ünvanında sakinlərlə “Rifah Plaza” şirkəti arasında mübahisələr davam edir. Belə ki, şirkət sakinlərə kompensasiya vermədən evlərindən çıxmağı tələb edir. Sakinlər isə evlərindən çıxmamaqda israrlıdır. Hazırda ərazidə 4 ailə şirkətlə mübarizə aparır. Sakinlərin sözlərinə görə, şirkət rəhbəri əraziyə gələrkən deyib ki, “binanın bünövrəsi qazılar, o zaman kompensasiya haqqında düşünərəm. Kasıbların mənim binamda nə işi var?! Mənim binamda kasıblar olmayacaq”.

Sakinlər isə şirkət rəhbərinin bu təklifi ilə razı deyillər. Sözügedən ərazinin sakini Sədaqət Hüseynova bildirib ki, onun evi hələ qüvvəyə minməmiş məhkəmə qərarı ilə sökülüb: “Bizə dedilər məhkəmə qərarı var, söküntü davam edəcək. Məhkəməyə gedib maraqlandıq, qərardadda deyilir ki, qərar bir aydan sonra qüvvəyə minəcək. Bizim Apellyasiya şikayəti ilə müraciət etmək üçün bir ay vaxtımız var. Amma onlar qərardadı alan kimi qanunsuz olaraq söküntü işlərinə başladılar. Mənim evim söküləndən sonra axşam “Rifah Plaza” tikinti şirkətinin rəhbəri Şamil Xubyarov və “Uniklinika”nın rəhbəri Əli Həsənov içkili vəziyyətdə dayanıb bizə baxıb gülürdülər”.

Sakinlər bildirir ki, onlar məhkəməyə və Nazirlər Kabinetinə şikayət etdikdən sonra şirkət səlahiyyətliləri və söküntüdə iştirak edənlər məhkəməyə çağırılıb. Xatırladaq ki, “Rifah Plaza” Tikinti şirkəti və Süleyman Rüstəm 193-ünvanında yaşayan sakinlər arasında mübahisələr ötən ilin dekabr ayında başlanıb. Qeyd olunan ünvanda əvvəl 16 ailə yaşasa da, sakinlərin sözlərinə görə, bəziləri hədə-qorxu ilə evlərindən uzaqlaşdırılıb. Mübarizəni davam etdirən 6 ailədən biri ötən gün evindən zorla çıxarılıb və onun evi sökülüb. Biri isə bu gün şirkətlə razılaşaraq müqaviləni imzalayıb və evindən çıxıb. Hazırda ərazidə 4 ailə yaşayır. Onların bütün kommunal xətləri kəsilib. Şirkət sakinlərə kompensasiya vəd etmir, bir neçə ayın kirayə haqqını verərək evlərindən çıxarır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR