17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Türk şirkəti Bakıda binanı yerlə yeksan edib - Qalmaqal
Bu gün 2 saylı Baki İnzibati-İqtisadi Məhkəməsində “Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Türkiyənin “İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialına qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib.Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim İntizar Bayramova sədrlik edib.
Prosesdə iddiaçı tərəfin nümayəndəsi Nazim Nəsirov çıxış edərək bildirib ki, 2012-ci ildə Nərimanov rayonu, Gülər Qədirbəyova küçəsi, 5 saylı ünvanda “Heydər Əliyev Mərkəzi”nin qarşısında yerləşən ərazidə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi ilə əvvəlcədən razılaşdırılmış layihə əsasında çoxmərtəbəli yaşayış binasının inşasına başlanılıb. İnşası planlaşdırılan çoxmərtəbəli yaşayış binasında yeni mənzil almaq arzusunda olan 100-dən artıq vətəndaşla “Svit Haus” tikinti şirkəti arasında əvvəlcədən cəmiyyətin hesabına müxtəlif məbləğlərdə pul vəsaitləri ödənilərək müqavilələr imzalanıb.
Türkiyə şirkətinin texnikaları yarımçıq binanı qəfildən darmadağın edir
Sonradan “Heydər Əliyev Mərkəzi”nin və “Konqres Holl”un ümumi konsepsiyasına uyğunlaşdırılması məqsədilə yeni layihənin təklif ediləcəyini nəzərə alaraq müvafiq dövlət orqanları tərəfindən yekun qərar qəbul edilənə kimi işlər müvəqqəti dayandırılıb. Ərazi müvafiq dövlət qurumu tərəfindən mühafizəyə götürülüb və tikinti işlərinin davam etdirilməsinə icazə verilməyib. Dövlət orqanları tərəfindən həmin problemin həlli ilə bağlı yekun qərarın qəbul edilməsi 3 il çəkib.
“Svit Haus” MMC-nin rəhbərliyinin etdiyi çoxsaylı rəsmi və qeyri-rəsmi müraciətlərə cavab verilməyib, məsələnin müzakirə edilməsindən daima yayınılıb. Lakin parkinq yeri və 4-cü mərtəbəsinə kimi qaldırılmış yarımçıq tikili 2016-cı ilin avqust ayının 20-dən etibarən 2-3 gün ərzində həmin ərazidə parksalma və abadlaşdırma işləri üçün sonradan podratçı kimi seçilmiş “İlk İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialı tərəfindən məhkəmə qərarı olmadan, tikinti materialları ilə birlikdə qanunsuz sökülüb, yerlə yeksan edilib. Vətəndaşların və şirkətin hüquqları pozulub.
“Svit Haus” şirkətinin vəkili və nümayəndəsi Kamandar Nəsibov çıxış edərək bildirib ki, söhbət “Svit Haus” MMC-nin inşa etdiyi binanın sökülməsindən deyil, tamamilə məhv edilməsindən, dağıdılmasından gedir:“Binanın inşasının dayandırılması ilə bağlı bir neçə dəfə məsələ qaldırıldı. Sonda təxminən 2016-cı ilin ortalarında göstəriş verildi ki, tikinti dayandırılsın. Lakin tikintinin sökülməsinə dair heç bir söhbət aparılmamışdı. Buna görə də, həm şirkət, həm də mənzil alan sakinlər ümid edirdilər ki, bu məsələ yaxın zamanda həllini tapacaq, binanın inşası davam etdiriləcək”.
“On-on beş nəfər idmançı görkəmli şəxsləri ora gətiriblər, texnikanı yeridiblər…”
Vəkil K.Nəsibov qeyd edib ki, qəflətən ötən ilin avqust ayının 20-də sözügedən şirkətin inşa etdiyi yarımçıq bina sökülüb: “On-on beş nəfər idmançı görkəmli şəxsləri oraya gətiriblər, heç kimi içəri daxil olmağa qoymayıblar.Texnikanı yeridib, tikilini məhv ediblər. Sökülən binanın ikimərtəbəli yeraltı dayanacağının sahəsində 500 min dollardan yuxarı dəyərində tikinti materialları olub. Tikinti işləri dayandırıldığına görə həmin inşaat materialları orada saxlanılırdı. Heç olmasa, o materialları çıxarmağa imkan verəydilər. Amma onu da tikinti ilə birlikdə yerlə-yeksan ediblər. Həmin bina uçurulsa da, yerləşdiyi sahə yeni salınan parkın ərazisinə daxil edilməyib. Belə olan halda onu uçurmağa nə ehtiyac vardı?”
Kamandar Nəsibov həmçinin bildirib ki, bina sökülən zaman oradan mənzil alan çoxsaylı sakinlər həmin əraziyə toplaşıb və söküntüyə etiraz ediblər. Sakinlərin dediklərinə görə, həmin vaxt oraya vəzifəli şəxslər gəlib. Türk şirkətinin filialına rəhbərlik edən şəxs isə sakinlərə “Bizlik heç nə yoxdur, göstəriş verilib, onu yerinə yetirmişik” deyib.
“Bununla bağlı dəfələrlə müvafiq qurumlara müraciət etdik, müraciətlərimizə cavab verilmədi. Nərimanov rayon icra başçısı isə bizə cavabında söküntünün onlara aidiyyatı olmadığını, binanın yaxınlıqda abadlıq işləri aparan türk şirkəti tərəfindən söküldüyünü dedi”, – vəkil qeyd edib.
“Bina kimin göstərişi ilə sökülüb?”
Hakim İntizar Bayramovanın “Bina kimin göstərişi ilə sökülüb?” sualına K.Nəsibov belə cavab verib:“Göstərişi verən şəxs kim olursa olsun, qanunsuzdur. Heç kim məhkəmənin qərarı olmadan qanunsuz söküntü apara bilməz. Çünki bizim sivil dövlətdə belə şey ola bilməz. Bu nə özbaşınalıqdır?”
Türkiyənin “İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialının nümayəndəsi Elyar Qasımov iddia ərizəsinə etirazını bildirib. O, etirazı yazılı şəkildə məhkəməyə təqdim edib. E.Qasımov həmin ərazidə heç bir bina olmadığını məhkəmənin diqqətinə çatdırıb: “Bu şirkət camaatı aldadıb, heç bir bina tikməyib, ora boş sahə olub, biz heç nə söküb dağıtmamışıq.Dövlət Proqramı əsasında bizə təqdim olunan layihə üzrə abadlıq işləri aparmışıq, park salmışıq. Hazırda camaat orada istirahət edir”.
Vəkil: “Get optika mağazasına, özünə eynək al”
Cavabdeh tərəfin nümayəndəsi E.Qasımovun izahatını vəkili K.Nəsibov ironiya ilə qarşılayıb:“Sizin izahatda göstərdiklərinizlə etirazda yazdıqlarınız bir-birinə tamamilə ziddir. İzahatda qeyd edirsiniz ki, ora boş sahə olub və siz heç nə uçurub dağıtmamısınız. Lakin etirazınızda konkret olaraq göstərmisiniz ki, “Svit Haus” MMC guya özünə məxsus olmayan ərazidən istifadə edib, tikinti norma və qaydalarına riayət etməyib. İş materiallarında kifayət qədər foto və video var. Siz yaxşı olar ki, optika mağazasına gedib, eynəklərinizi dəyişdirəsiniz – orada dördmərtəbəli tikinti olub. Əgər siz bunu görməmisinzisə, demək, görmənizdə ciddi problemlər var”.
Əgər hansısa tikinti qanuni deyilsə Türkiyə şirkəti onu uçura bilər?
Hakim İ.Bayramova iddiaçı tərəfdən torpaq sahəsinin ayrılması və binanın tikilməsinə görə icazə verilməsi ilə bağlı sənədləri, cavabeh tərəfdən isə həmin tikintinin sökülməsinə və abadlaşdırma layihəsinə dair sənədləri məhkəməyə təqsim etmələrini istəyib. Həmçinin türk şirkətinin özünün məhkəmə iclasında cavabdeh şəkildə iştirak edilməsinin vacibliyini xatırladıb.
K.Nəsibov iddia predmeti olan bütün sənəd və sübutları məhkəməyə təqdim etdiklərini deyib. Vəkil Kamandar Nəsibov onu da deyib ki, “Svit Haus” şirkətinin həyata keçirdiyi tikintinin qanuni və ya qanunsuz olub-olmaması Türkiyənin “İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” şirkətinin səlahiyyətində deyildi: “Belə çıxır ki, hansı bina qanunsuzdursa, türk şirkəti gəlib onu uçurub dağıtmalıdır? Bunun üçün Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyəti, müvafiq dövlət orqanları var. Bu məsələ onların səlahiyyətindədir. Yalnız məhkəmədə iddia qaldırıldıqdan sonra söküntü işləri aparıla bilər”.
Məhkəmə prosesi mayın 19-da davam etdiriləcək.
Emtv.az