17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanda iki nəhəng şirkət arasında məhkəmə çəkişməsi başa çatdı
Bakı Apellyasiya Məhkəməsində “Holcim” (Azərbaycan) ASC-nin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Emtv.az-ın report-a istinadən məlumatına görə, hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, “Holcim” (Azərbaycan) ASC-nin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərardad dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, “Holcim” (Azərbaycan) ASC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-ni məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddia ərizəsini geri qaytarıb. Qərardaddan narazı qalan “Holcim” (Azərbaycan) ASC apellyasiya şikayəti verib.
Xatırladaq ki, “Holcim” (Azərbaycan) ASC dünyanın aparıcı sement təchizatçılarından olan “Holcim Qrup”unun bir hissəsi olaraq, ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən sayılır.
Emtv.az