SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakıda qadını döyərək qətlə yetirmiş şəxslər saxlanılıb, cinayət işi başlanıb - RƏSMİ

1-05-2017, 14:00 | Oxunub: 11 198 |

Bakıda qadını döyərək qətlə yetirmiş şəxslər saxlanılıb, cinayət işi başlanıb - RƏSMİ
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) və şəhər prokurorluğu Səbail rayonunda üzərində zorakılıq əlamətləri olan qadın meyitinin tapılması ilə bağlı birgə məlumat yayıb.

Emtv.az-ın report-a istinadən məlumatına görə, birgə məlumatda deyilir ki, polis və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisində törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb.
Belə ki, aprelin 30-da saat 11 radələrində Səbail rayonu ərazisində üzərində zorakılıq əlamətləri olan qadın meyitinin aşkar edilməsi ilə bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.
Tibbi müayinə zamanı meyitin bədənində çoxsaylı xəsarətlər aşkar edilib.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.


Araşdırmalarla mərhumənin paytaxtın Nizami rayon sakini, 1971-ci il təvəllüdlü Santrandinova Yelena Viktorovna olduğu müəyyən edilib.
İstintaq zamanı aprelin 29-da Rusiya vətəndaşı, 1970-ci il təvəllüdlü Samir Zenyukovun tanışları Alla İbrahimovanı, 1985-ci il təvəllüdlü Dmitriy Razumniyi və Yelena Santrandinovanı yaşadığı Səbail rayonundakı mənzilinə dəvət edib onlarla birlikdə yeyib-içdikdən sonra aralarında baş vermiş münaqişə zəminində D.Razumniyi ilə bir qrup şəxs halında Y.Santrandinovanın baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə xəsarət yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Zenyukov və D.Razumniy şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR