SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanı “votçina” adlandıran reket jurnalist cəzalandırılmalıdır. Bu hələ xalqa qarşı yönəldilən təhqirlərin heç də tamamı deyil

5-04-2017, 14:41 | Oxunub: 18 120 |

Naxçıvanı “votçina” adlandıran reket jurnalist cəzalandırılmalıdır. Bu hələ xalqa qarşı yönəldilən təhqirlərin heç də tamamı deyil
Faiq ƏHMƏDOV:Ləyaqətsiz cızmaqaraçılar xaricdəki ağalarının pulları xatirinə hər cür rəzilliyə əl atırlar

Bir müddət əvvəl ölkə ictimaiyyətinin diqqətinin son dərəcə vacib və ciddi bir məsələ özünə cəlb etmişdi. Söhbət öz səhifələrində dərc olunan yazılarda vətəndaşların şəxsiyyətini təhqir edə biləcək fikir və ifadələrə yer verən saytlara qarşı qanun çərçivəsində müəyyən tədbirlərin görülməsindən gedirdi.

Amma, nədənsə bu gün biz hamılıqla bu istiqamətdə hələ də konkret tədbirlərin, yəni məhz təsirli tədbirlərin görülmədiyini müşahidə edirik. Qanunlarda və yaxud da qanunların tətbiqində müəyyən boşluqları hiss edən həyasızlar isə, mövcud vəziyyətdən maksimum yararlanmaqda davam edirlər.

Artıq heç kim üçün sirr deyil ki, bu gün bəzi konkret saytlar müxalifət mövqeyi ilə pərdələnərək, əslində birbaşa xarici düşmənlərimizə çalışırlar. Təbii ki, həmin informasiya vasitələrinə rəhbərlik edən şəxslərin əsas məqsədi müxtəlif qrantlar və digər adlar altında onlara ayrılan maliyyə vəsaitlərini əldə etməkdir. Bunun müqabilində isə, onlardan dövlətimizə, ölkə rəhbərliyinə, ayrı-ayrı siyasi və dövlət xadimlərinə qarşı mümkün qədər çirkin piar-kampaniyalar aparmaq, şər və böhtan yazmaq tələb olunur.

Etiraf edək ki, xaricdəki ağalarını razı salmaq üçün bu sayt rəhbərləri də dəridən-qabıqdan çıxırlar. Belə ki, bəzi yazılarda nəinki ayrı-ayrı dövlət xadimləri, hətta ictimaiyyətin özü belə ağır təhqirlərə, şərəf və ləyaqətin alçaldılmasına məruz qoyulur.

Bu günlərdə belə anti-ictimai, anti-vətəndaş mövqeylərdən çıxış edən saytlardan birində “Naxçıvanda Talıbov epoxası başa çatır: “Xan” vitse-prezidentliyə yox, istefaya gedir…” başlıqlı səviyyəsiz və məntiqsiz bir növbəti cızma-qara dərc olunmuşdu.

Gördüyünüz kimi, yazının elə sərlövhəsindəcə müəllif artıq bütün etik normaları aşmaqla təxribat xarakterli addımlar atmağa çalışır.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrini “xan”, başqa sözlə desək, feodal ictimai quruluşunda hökmdar səlahiyyətlərinə malik olan rəhbər titulu ilə adlandırmaq hansı anlama gəlir və hansı məqsədlərə xidmət edir?

Hələ Naxçıvanı şəriksiz “votçina” (qədim rus dövlətində vərəsəliklə ötürülən torpaq mülkiyyəti hüququ) adlandırmaq nə deməkdir?

Belə çıxır ki, müəllifin dar və məntiqsiz düşüncəsinə görə, öz qəhrəman övladlarının qanı bahasına müstəqillik əldə etmiş Azərbaycan xalqının ayrılmaz bir parçası olan Naxçıvan əhalisi bu gün hələ də feodalizm dövründə yaşayır?

Məgər bu şanlı tarixə malik olan Naxçıvana və naxçıvanlılara qarşı əsil iftira, əsil təhqir deyilmi? Və bu rəzilliyə əslində özləri boyunduruq altında gəzən ləyaqətsiz cızmaqaraçılar sadəcə xaricdəki ağalarının pulları xatirinə yol vermirlərmi?

Amma bu hələ xalqa qarşı yönəldilən təhqirlərin heç də tamamı deyil. Bu ifadələrə diqqət edin: “Cəmiyyətin əsas müzakirə etdiyi məqam isə neçə vitse-prezident vəzifəsinin olacağından çox, bu postları kimlərin və nə vaxt tutacağı ilə bağlıdır. Əlbəttə, bu vəzifələrin sahibləri seçki yolu ilə deyil, təyinatla olacağından cəmiyyətin mövqeyi həlledici deyil...” Aşkar görünür ki, müəllif son cümlədə bir qədər qərarsız da olsa, əslində Azərbaycan cəmiyyətini, Azərbaycan xalqını iradəsiz, ölkədə gedən ictimai-siyasi proseslərə təsir imkanlarından məhrum olmuş bir kütlə kimi təqdim etməyə çalışır.

Məgər bu iddia özü bütün xalqımıza və hər birimizə qarşı yönəlmiş böyük bir təhqir deyilmi?

Bu “cənablar” unudurlar ki, ölkə prezidentinə vitse-prezident postlarını təsis etmək, eləcə də bu vitse-prezidentləri öz seçiminə əsasən təyin etmək hüququnu verən də məhz Azərbaycan xalqıdır. 2016-cı il 26 sentyabr tarixində keçirilmiş referendumda xalq öz mövqeyini də, iradəsini də birmənalı və qəti olaraq bir daha ifadə etdi. Əlbəttə, bütün millətlərdə olduğu kimi, bizim cəmiyyətdə də iradəsizlər, mövqeysizlər mövcuddur.

Elə pul qarşılığında öz xalqına böhtan yazmağa hazır olanlar özləri belələrinin əsil simvolu, bariz nümunələridir!

Amma bir qədər yuxarıda mən həmin təhqiramiz yazıda ortaya qoyulan iddiaların həm də əsassız və məntiqsiz olduğunu qeyd etmişdim. Elə bilirəm ki, bir-iki cümlə ilə bu fikrimi də isbatlaya bilərəm. Nümunə kimi, absurd ifadələrlə zəngin olan bir abzasa nəzər salaq. Görün cəmi bir neçə cümlədə nə qədər ziddiyyət yer alıb.

Birincisi: “Artıq bəzi iqtidardaxili siyasi qruplar vitse-prezident postunda görmək istədikləri şəxslərin adlarını çəkməyə, onların təbliğatını qurmağa belə cəhd edirlər...” Müəllif özü də öz yazısında təsdiq edib ki, vitse-prezidentlərin məhz ölkə prezidenti tərəfindən təyin olunacaqları hətta ona da aydındır.

Belə olan halda “iqtidardaxili siyasi qruplar”ın hansı namizədlərindən və bu namizədlərin kimlər qarşısında təbliğatından söz gedə bilər?

İkincisi: “Bu məsələnin fonunda diqqət çəkən məqam Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun vitse-prezident təyin ediləcəyi haqda xəbərlərin yayılması oldu. Onun 23 fevralda vitse-prezident elan olunacağı və sonradan bu xəbərin dezinformasiya olmasının arxasında dayanan müəmmalar hələ də müzakirə mövzusudur.

Bunla bağlı apardığımız təhlillərdən belə qənaətə gəlmək olar ki, məlum xəbərin Naxçıvan rəhbərinə yaxın mənbələr tərəfindən mətbuata qəsdən ötürüldüyü barədə də fikirlər var, bu xəbəri ona qarşı bəzi dairələrin kampaniyası hesab edənlər də...” Müəllif mənasız söz yığımı ilə oxucunu çaşqınlıq içərisində saxlamağa və bu yolla hansısa analitik informasiya təqdim etdiyini vurğulamağa çalışır.

Aydındır ki, bu “analitik”in bəhs etdiyi xəbərlərin də, dezinformasiyanın da, aparılan “kampaniya”nın da sadəcə bir müəllifi var ki, bu da o özüdür. Həmçinin bütün bu “qymətli və sensasiyon” məlumatları mətbuata “ötürən” mənbə də eyni şəxsdir. Bəli, hər şey bu qədər bəsitdir. Oturursan klaviaturanın arxasında və xaricdən gələn qrantlardan ilhamlanaraq, ağlına gələni yazırsan.

Üstəlik də, sonradan adına böhtan və təhqir yazdığın şəxslərə zəng vurub özünü üçüncü şəxs, təəssübkeş tərəf kimi təqdim edərək, yazının “çıxarılması” üçün öz xidmətini təklif edirsən. Əlbəttə ki, yenə də müəyyən muzd müqabilində. Bu da olur klassik reketin modernləşdirilmiş forması...

Etiraf edim ki, belə səviyyəsiz cızma-qaraları müzakirə etməyin özü də mənasız vaxt itkisindən başqa bir şey deyil. Amma son nəticədə bütün bu təhqir və böhtanlara da cavab verməmək olmur. Ən acınacaqlısı isə budur ki, hələ də bu cür açıq-aşkar düşmən mövqeylərdən çıxış edən “media mənsubları”na qarşı müvafiq qurumlar tərəfindən qanuni ölçülər götürülmür!

Hazırladı: Faiq ƏHMƏDOV. "Müstəqil lider" jurnalının baş redaktoru
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR