18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Sabiq bələdiyyə sədrinin oğlu Orxan Xəlilov Əbülfəz Məlikovun yanında hansı işlər görür?
Bu günlərdə LEGİON-da “Akif Çovdarovla İlham Xəlilovu birləşdirən “sauna” məsələsi də varmış?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, sabiq MTN generalı Akif Çovdarovun məhkəməsində ona qarşı ifadə verən şəxslərin arasında Biləcəri bələdiyyəsinin sabiq sədri İlham Xəlilovun da adı hallanırdı. İ.Xəlilov ifadəsində göstərir ki, 2014-cü ilin sonlarında Çovdarov zəng vuraraq əmr edib ki, Masazırda, “Zəli gölü”nün yaxınlığında 10 hektar torpaq sahəsini Adil Yaqubovun adına sənədləşdirsin.
Bunlardan əlavə ondan 120 min də tələb olunduğunu deyən bələdiyyə sədri Çovdarovdan “Sən generalı barmağına dolamısan? Deyəsən məni yaxşı tanımırsan. Səni həbs edərəm, başına torba keçirdib podvala ataram” deyə təhdidlər də eşitdiyini söyləyib. İstintaqda Biləcəri bələdiyyəsinin sədri ilə Çovdarovu üzləşdiriblər. Bələdiyyə sədri bunları təkrar danışsa da Çovdarov təkzib edib. Çovdarov deyib ki, Biləcəri qəsəbə bələdiyyəsinin sədri işləmiş İlham Xəlilov özü dələduz adamdır: “İlham Xəlilov özü dələduz olduğundan, çox borcu var. Bunun üçün də mənə böhtan atır və aldatdığı şəxslərdən vaxt udub səbəbkar kimi məni göstərir”
Bu məlumat ictimaiyyətin diqqətini çəkdi və LEGİON da öz növbəsində İlham Xəlilovun keçmişinə işıq salmağı qərara aldı.
Biləcəridə İlham Xəlilovu tanıyanlar deyirlər ki, vaxtilə, bu şəxs Akif Çovdarovun adamı kimi tanınırdı, indi onun üzünə durması isə təəccüb doğurur. Belə ki, LEGİON-a daxil olan məlumata görə, İlham Xəlilov vaxtı ilə Bakı Dəmiryolu Vağzalının rəisi işləyən vaxt, bilet kassalarından satılan biletlərin pullarını mənimsədiyinə görə, Ziya Məmmədov tərəfindən işdən qovulmuşdu.
LEGİON-a daxil olan məlumata görə, sonradan nəqliyyat nazirinin müavini Musa Pənahov və qayınatası Vaqif Məmmədovun köməyindən yararlanan İ.Xəlilov yenidən Bakı Dəmiryol Sərnişin Stansiyasının rəisi vəzifəsinə gətirilir, amma burda da korrupsioner əməlləriylə "ad çıxararaq”, ölkədən qaçaq düşür.
Daha sonra İ.Xəlilovun qayınatası ilə şərikli “Çinar” restoranını da işlətdiyi, bu restoranda “Makarov” tapanca tapılmasına görə isə 16 il əvvəl qayınatası V.Məmmədovun 3 sutka Nərimanov RPİ-də saxlandığı da deyilir. Sonralar bələdiyyə sədri kimi cəmiyyətin qarşısına çıxan İlham Xəlilovun bu vəzifədə də “dinc durmaması” keçən il vəzifəsindən uzaqlaşdırılması ilə nəticələndi.
Bu məlumatı Biləcəri Bələdiyyəsində də LEGİON-a təsdiqlədilər. Bələdiyyə əməkdaşı Səbinə Məmmədova keçən ildən İlham Xəlilovun bələdiyyə sədrliyindən çıxdığını və görünmədiyini bildirdi. Onu necə tapacağımızı soruşduqda, bələdiyyə əməkdaşı bildirdi ki, “hazırda rəhbər şəxslərdən heç kim yoxdur, sabah zəng edərsiniz, bəlkə, onlar İlham Xəlilovun mobil nömrəsini bilərlər”.
Dekabrın 28-də Legion-un redaksiyasına bir qrup Biləcəri sakini Biləcəri qəsəbəsinin keçmiş Bələdiyyə sədri İlham Xəlilov bərədə məlumat göndəriblər. Məlumatda deyilir ki, İlham Xəlilov uzun illər Biləcəri qəsəbəsinin bələdiyyə sədri olduğu vaxt, bir çox Biləcəri sakinləri ondan hüquq mühafizə orqanlarına şikayətçi olublar. Hətta bu şikayətlərdən ehtiyatlanaraq həyat yoldaşı Esmira Xəlilovanı (qızlıq soyadı Məmmədova) Kanadaya göndərib ki, sabahın dar günü üçün, həmin ölkədə şərait qursun. Hətta deyilənlərə görə, onun illər ərzində topladığı milyonlarla ABŞ dolları həcmində sərvəti də beynəlxalq bank köçürmələri yoluyla Kanadada yerləşdirilib.
Digər məlumatda isə bildirilir ki, İlham Xəlilovun oğlu Orxan Xəlilov uzun müddət “Broker” MMC-nin Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında nümayəndəsi olub. “Broker” MMC fəaliyyətini dayandırandan sonra isə Orxan Xəlilov yenə də fəaliyyətini Əbülfəz Məlikovun yeni açdığı “All-Store” marketlər şəbəkəsində davam etdirir. Məlumatda qeyd olunur ki, həmin marketlər şəbəkəsini Ə.Məlikovun “Broker”dəki müavinlərindən Elşad adlı şəxs işlədir.
Əldə etdiyimiz məlumata görə, Ə.Məlikov uzun illər “Broker” MMC-yə rəhbərlik edərkən, onun üç müavini olub və bu müavinlərdən biri də Elşad adlı şəxsdir. Əbülfəz Məlikovla Akif Çovdarovun arasında olan iş birliyindən ölkənin tanınmış xəbər saytlarında bir çox maraqlı məlumatlara rast gəlmək olur. Və Akif Covdarovun İlham Xəlilovun arasında olan konfliktdən də söz açılır. Bütün bunları təhlil edərkən, Orxan Xəlilovun Əbülfəz Məlikovun yanında uzun müddət xidmət etməsi bir sıra suallar doğurur.
Emtv.az