SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Biləsuvarda icra hakimiyyəti qarşıdırma yaradır – Mahir Quliyev örüş sahələrini SƏLƏMçilərə satır

31-03-2017, 09:32 | Oxunub: 10 541 |

Biləsuvarda icra hakimiyyəti qarşıdırma yaradır – Mahir Quliyev örüş sahələrini SƏLƏMçilərə satır
Biləsuvar rayonunda fermer təsərrüfatı ilə məğşul olan sakinlərin uzun illər qışlaq sahəsi kimi istifadə etdikləri ərazilər indi onlardan alınır.

Mətbuata daxil olan şikayətlərdə bildirilir ki, Biləsuvar Rayon İcra Hakimiyyətindən fermerlərə ünvanlanan məktubda bildirilir ki, istifadələrində olan örüş sahələrindən səmərəli istifadə etmədikləri üçün müqavilələrinə xitam verilib. Onların istifadə etdikləri örüş sahələri başqa insanlara satılıb.

Fermerlərin sözlərinə görə, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev rayonun Babaş qışlağı deyilən ərazisində örüş sahələrini başqa insanlara satır. Artıq bir-neçə fermerə məxsus örüş sahəsində icra hakimiyyəti tərəfindən soğan və sarımsaq əkilib. Halbuki Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi örüş sahəsindən əkin üçün istifadə edilməsi qadağan edilir və torpaqların təyinatı üzrə istifadə edilməsini nəzərdə tutur.

Babaş qışlağında fermer təsərrüfatı ilə məşğul olan onlarla şəxsin prezident İlham Əliyevə müraciətindən sonra icra başçısı Mahir Quliyev narazı fermerlərin bir-neçəsi ilə danışıq aparaq, onları razı sala bilib. Miq.az-a daxil məlumatda bildirilir ki, şikayət edən fermerlərdən biri olan Əvəz Miriyev Mahir Quliyev tərəfindən rayonun Ağsaqqallar Şurasının sədri vəzifəsinə gətirilib. Ancaq buna baxmayaraq Mahir Quliyevin qanunsuz olaraq satdığı əraziləri qanuni müqavilə ilə istifadə edən fermerlərin sayı artmaqda davam edib. Onlar heç bir vəhclə istifadə etdikləri örüş sahələrinin başqa insanlara satılmasına imkan verməyəcəklərini bildirirlər.

Qeyd edək ki, icra hakimiyyəti tərəfindən örüş sahələrinin şumlanması üçün göndərilən traktorların bir-neçəsi fermerlərin ciddi müdaxiləsi nəticəsində ərazidən geri qayıtmalı olub.

Mətbuata daxil olan məlumatlarda həmçinin qeyd olunur ki, Mahir Quliyev bölgədə sələmçi kimi tanınan şəxslərə həmin örüş sahələrini satmaqda davam edir. 70 hektar örüş sahəsi üçün icra hakimiyyətinə 7 min manat verildiyi də bizə çatan məlumatlar sırasındadır.

Xatırladaq ki, Babaş qışlağı deyilən örüş sahəsində Qırmızı Kİtaba düşən ağac növləri də var. Həmin ərazinin şümlanması nəticəsində qiymətli bitkilər də məhv edilməkdədir.

Bu arada qeyd edək ki, fermerlərin icra başçısı Mahir Quliyevin özbaşınalığı ilə bağlı Prezident İlham Əliyevı ünvanladığı şikayətlərə heç bir reaksiya verilməyib. Səbəb isə Prezident Administrasiyasındakı yüksək vəzifəli şəxsin Mahir Quliyevi himayə etməsidir. Həmin məmurun kimliyi ilə bağlı araşdırmalarımız davam edir.

Fermerlərin bir qrupu Biləsuvar rayon İcra Hakimiyyətinin qanunsuz addımları ilə bağlı məhkəməyə də müraciət ediblər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR